Bakıda keçirilən “New Generation” layihəsi davam edir

İnkişaf və investisiya - gənc sahibkarlar ilk addımını atdı

Bakucity.az xəbər verir ki, “Coca-Cola” Fondunun əsas dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən 2012-2019-cu illər ərzində həyata keçirilən “New Generation” layihəsinin III mərhələsi üzrə fəaliyyət davam edir.

New Generation Laboratory adlanan bu mərhələdə layihəyə müraciət edərək öncəki mərhələlərdə iştirak edən gənc startapçılar və sahibklardan seçilmiş 40 layihə iştirak edir. 

Fərqli sahələr üzrə mütəxəssislər “face-to-face” görüşlərdə layihələrin zəif və güclü tərəflərini müəyyən edərək onların 2 ay davan edəcək mentorinq və biznesin inkişafı proqramı müddətində istifadə edəcəyi yol xəritəsini hazlayıb.

Layihələr “pitching” üçün öz ideya və bizneslərində olan zəiflikləri aradan qaldıraraq hazırlanacaqlar. Yekunda isə onlar 35000 AZN-dək investisiyaya bir addım daha yaxın olacaq.

3 gün davam edən “face-to-face” görüşlərdə Abşeron olmaqla ölkənin 6 iqtisadi regionlarından ümumilikdə 40 layihə PAŞA Həyat Sığorta, “Procter and Gamble”, “Horeca Azerbaijan”, Park Bulvar AVM, “INNOLAND”, “Master Coach Azerbaijan” kimi qurumların nümayəndələri və fərdi sahibkarlar qarşısında təqdim ediblər.

Bu görüşlərin nəticəsində layihələrin zəiflikləri ortaya çıxarılaraq onlar üçün inkişaf xəritəsi hazırlanacaqdır. Bundan sonra sözügedən layihələr mentorinq və biznesin inkişafı proqramına qoşulacaq.

“New Generation” layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”-un dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.

Təlimlər haqqında məlumat almaq və qoşulmaq üçün: nglab.youthinc.az

Layihənin informasiya dəsttəyi Bakucity.az saytıdır.

Bakucity.az

Youth Inc.
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
“British Council” Bakı sakinlərini növbəti dəfə Birləşmiş Krallığın film dünyasına dəvət edir. Bakucity.az xəbər verir ki, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və “British Council” nümayəndəliyinin təşkilati dəstəyi ilə “Park Cinema” kinoteatrlar şəbəkəsində “Britaniya kinosunun baharı” adlı beşinci festivala start verilib.  Böyük Britaniyanın ən populyar, həyəcan verici və yeni  filmləri Bakı sakinlərinə təqdim olunacaq. “Britaniya film baharı”nı 2019...
Hadisələr
Silahlı atışmaya görə daha iki nəfər saxlanılıb. Bakucity.az xəbər verir ki, biznesmen oğlu İsa Əzizovla “razborka”da iştirak edən və kriminal aləmə yaxın şəxslər olan Elçin Sadıq və Yasin Əhmədov tutulub. Onlar hadisə yerindən qaçdıqları üçün bir neçə gündür axtarılırdı. Xatırladaq ki, “Ramal” Ticarət Mərkəzinin rəhbəri Nadir Əzizovun oğlu İsa Əzizov həmin “razborka”da qarşı tərəfə “Vinçester” markalı silahdan atəş açıb. Atəş hədəfə dəymədiyi üçün yaralan...
Hadisələr
Sabunçuda qadın naməlum şəraitdə bıçaqlanıb.  Bakucity.az  xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində baş verib. Belə ki, 1986-ci il təvəllüdlü Həsənova Mahnur Bəxtiyar qızı yaşadığı evdə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Bakucity.az
Hadisələr
Mənzillə bağlı mübahisə dava ilə nəticələnib.  Bakucity.az xəbər verir ki, hadisə Nərimanov rayonu Rufulla Axundov küçəsində yerləşən mənzildə qeydə alınıb.  1966-cı il təvəllüdlü Məhbubə Əkbərova qızı Arzu Əkbərova tərəfindən döyülüb.  Məlum olub ki, M.Əkbərovanın biri qız, bir oğlan olmaqla əkiz övladı var. O, illər öncə itkin düşən əkizlərinin tapılması üçün polisə müraciət edib. 2015-ci ildə axtarış nəticəsində qızı A,Əkbərova tapılıb. M.Əkbərova 2017-...
Mədəniyyət
“Jara”nın “Instagram” hesabında məlumat paylaşılıb. Bakucity.az xəbər verir ki, Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçiriləcək “Jara-2019” beynəlxalq musiqi mərasimində iştirak edəcək Azərbaycan müğənnilərinin adları açıqlanıb. 25-28 iyul tarixlərində keçiriləcək festivalda ötən gecə “Avroviziya-2019”da uğurla ölkəmizi təmsil edib, finala vəsiqə qazanan müğənni Çingiz Mustafayev iştirak edəcək. Qeyd edək ki, “Jara-2019”da Xalq artistləri Aygün...
Hadisələr
Qayda pozuntusunun görüntüləri yayılıb.  Bakucity.az xəbər verir ki, Bakıda yol polisinə məxsus “99-YP-394” dövlət nömrə nişanlı “BMW" markalı avtomobil hərəkətdə olarkən bir neçə yol hərəkəti qaydasını pozub.  Belə ki, YPX avtomobili Badamdar şosesinin Mətbuat prospekti ilə kəsişməsində yerləşən dairədə nişanın tələblərinə məhəl qoymayıb. Daha sonra yol polisi qoşa xəttin tələblərini də kobud şəkildə pozaraq, qarşı yola çıxıb.  Bundan başqa, manevrlər edə...
Mədəniyyət
Bakı küçələrindən biri onun adını daşıyacaq.  Bakucity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun xatirəsini əbədiləşdirmək məqsədilə sərəncam imzalayıb.  Sərəncama əsasən, Bakı şəhər İcra Hakimiyyəti Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin edəcək.  Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adı veriləcək.  Mədəniyyət Nazirliyi Bakı şəhər İc...
Hadisələr
Qaradağ rayonunda avtomobildən silah-sursat aşkarlanıb. Bakucity.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinə Ucar rayon sakini P.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobildə silah-sursat olduğu haqda məlumat daxil olub. Daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticəsində avtomobildən “Mİ 1911 Aİ Asak” markalı tapança, 1 ədəd patron darağı, 10 ədəd patron, 2 ədəd bıçaq və 1 ədəd balta aşkar edilərək götürülüb. Fakt...
Ekologiya
Paytaxtda sabaha olan hava proqnozu açıqlanıb. Bakucity.az xəbər verir ki, Bakı və Abşeron yarımadasında mayın 18-də hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 16-19, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.   Bakucity.az