Prezident Kitabxanasının “Bakı” elektron resursu istifadəyə verildi

Prezident Kitabxanasının “Bakı” elektron resursu istifadəyə verildi

Prezident Kitabxanasının “Bakı” elektron resursu istifadəçilərə təqdim edilib.

Bakucity.az xəbər verir ki, Bakı şəhərinin tarixi keçmişi, müasir vəziyyəti haqqında onlara dolğun, sistemli və dəqiq məlumatın çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları Azərbaycan, ingilis və rus dillərində “Bakı” elektron resursunu işləyib hazırlayıblar.

Məqsəd Azərbaycan vətəndaşlarına və xaricdən gələn qonaqlara Bakı haqqında daha ətraflı məlumat ötürməkdir.

Prezident Kitabxanasının fondlarına daxil olan materiallardan istifadə edilməklə hazırlanan resursun kontenti 10 fəsildən, 40 bölmədən ibarətdir.

17 aprel 2019-cu ildə Kitabxananın saytında yerləşdirilən elektron resursun 14 bölmədən ibarət birinci fəsli “Tarix” adlanır. Burada Bakının tarixi xronoloji ardıcıllıqla ayrı-ayrı mətnlərdə təqdim olunur. Fəslin “Səyyahlar Bakı haqqında” bölməsində müxtəlif vaxtlarda Abşeron yarımadasında və Bakıda olmuş səyyahların şəhər haqqında təəssüratları yer alıb.

Resursun 2-ci fəsli “Paytaxt” adlanır və 8 bölmədən ibarətdir. Bu bölmələrdə Bakının inzibati-ərazi bölgüsü, əhalisi haqqında məlumat verilib, şəhərin iqtisadiyyatı, təhsil, mədəniyyət, turizm və idman sahələri ayrı-ayrılıqda təhlil edilib. Fəsildə həmçinin Bakının rəmzləri, atributları haqqında materiallar tarixi ardıcıllıqla əks olunub.

“Bakı” elektron resursunun “Memarllıq” fəsli 5 bölmədən ibarətdir. Fəsildə Bakının qədim dövrlərdən başlamış müstəqillik dövrü də əhatə olunmaqla şəhər memarlığının inkişaf mərhələləri xronoloji ardıcıllıqla təqdim olunub. İçərişəhər və onun tarixi-memarlıq abidələri haqqında bu fəsildə əyani təsvirlərlə ayrı-ayrılıqda məlumat verilib. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının bir sənaye şəhəri kimi formalaşdığı dövrün memarlığına ayrıca bölmə həsr edilib. Sovetlər dövründə Bakının görkəmi bir sıra nadir memarlıq inciləri ilə daha da zənginləşib. Bakı memarlığının həmin dövrü də ayrıca bölmədə işıqlandırılmışdır. Bu fəslin “Müstəqillik dövrü” adlanan növbəti bölməsində müasirliklə yanaşı özündə milli xüsusiyyətləri birləşdirən yeni yaşayış komplekslərinin salınması, parkların, inzibati və ictimai binaların inşa edilməsi, yeni memarlıq abidələrinin ucaldılması haqqında ətraflı məlumat verilib. Həmin fəslin sonuncu bölməsi “Köhnə və yeni adlar”dır. Bölmədə köhnə Bakının küçələrinin və meydanlarının müasir adlarla qarşılığını özündə əks etdirən siyahı təqdim edilir.

Resursun növbəti fəsli “Sənədlər” adlanır. Bu fəsildə Bakının tarixinə dair sənədlər “Orta əsrlər”, “ Rusiya imperiyası dövrü”, “Xalq Cümhuriyyəti dövrü”, “Sovetlər dövrü” və “Müstəqillik dövrü” adlanan bölmələrdə toplanılmışdır.

“Xronologiya” adlanan fəsildə qədim dövrdən bu günümüzə qədər Bakının tarixində baş vermiş mühüm hadisələrin qısa xronologiyası öz əksini tapmışdır.

Resursun növbəti fəsli “Görkəmli şəxslər” adlanır. Bu fəsildə Bakıda doğulan, ölkə və dünya miqyasında dövlətçilik, elm və texnika, mədəniyyət, incəsənət, idman və digər sahələrdə xüsusi xidmətləri olan şəxslər haqqında qısa bioqrafik məlumatlar əlifba düzülüşü ilə verilmişdir.

“E-Resurslar” fəslinin “E-kitablar” bölməsində Bakı şəhərinin tarixinə, iqtisadiyyatına, mədəniyyətinə, memarlığına, görkəmli bakılılara aid Kitabxananın fonduna daxil olan müxtəlif dillərdə 120-yə yaxın kitabın elektron versiyaları toplanmışdır. Həmin kitabların bir qismi kitabxananın Nadir ədəbiyyat fondunda saxlanılır və XX əsrin əvvəllərində nəşr edilmişdir. “E-məqalələr” bölməsində isə Azərbaycan, rus və ingilis dillərində Bakı şəhərinə aid 166 məqalənin elektron versiyası istifadəçilərə təqdim edilir.

Resursun “Biblioqrafiya” fəslində Prezident Kitabxanasının fondlarına daxil olan Bakı şəhərinə aid müxtəlif dillərdə 530 kitabın biblioqrafik təsvirləri toplanmışdır.

“Bakı” elektron resursunun maraqlı fəsillərindən biri də “Fotoqalereya” adlanır. Bu fəsildə 100-dən artıq nadir şəkillər “Köhnə Bakı” və “Müasir Bakı” başlıqları altında istifadəçilərə təqdim edilir.

“Videoqalereya” adlanan sonuncu fəsildə köhnə və müasir Bakıya həsr olunmuş sənədli filmlər toplanmışdır.

http://bakucity.preslib.az ünvanında təqdim edilən elektron resursun materialları müntəzəm olaraq yenilənilir. "Trend"

Prezident Kitabxanasının “Bakı” elektron resursu istifadəyə verildi, fotoşəkil-1
Prezident Kitabxanasının “Bakı” elektron resursu istifadəyə verildi, fotoşəkil-1

Bakucity.az

kitabxana
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib. "Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəfə almır. Xankəndi və başqa şəhərlərə baxsaq, görərik ki, Ermənistan ordusu atəş nöqtələrini, hərbi obyektləri insanların yaşadıqları yerlərdə qoyurlar, oradan da Azərbaycanı hədəfə alırlar. Bu, terrorçuların istifadə etdikləri üslubdur". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin...
Cəmiyyət
Ermənistanın sabiq baş naziri Vazgen Manukyan müharibədəki məğlubiyyətə görə Ermənistan rəhbərliyini istefa verməyə səsləyib. BakuCity.az xəbər verir ki, V.Manukyan bəyanat yayaraq, Ermənistanın hazırda tarixin ən biabırçı səhifələrini yaşadığını bildirib. “Təkcə Qarabağın deyil, Ermənistanın və erməniliyin gələcəyi də təhlükə altındadır. Bundan xilas olmaq üçün hökumət bütün hakimiyyəti orduya verərək istefaya getməlidir, özü də bunu könüllü şəkildə etməl...
Cəmiyyət
Mütəxəssis orduya dəstək nümayiş etdirib.  "Bakı Mərkəzi Elektrotökmə" ASC-nin idarə heyətinin sədri Cavid Haşımov bir qrup könüllü mülki texniki mütəxəssislərdən ibarət olan komandası ilə müharibənin ilk günlərindən cəbhə bölgələrində zədələnmiş hərbi nəqliyyat vasitələrinin operativ səyyar təmirini təşkil edir, yenidən döyüş sıralarına qaytarır. BakuCity.az xəbər verir ki, bu təşəbbüs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə dəstək olar...
Cəmiyyət
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb. Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb. BakuCity.az sözügüdən bəyanatı təqdim edir: “Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür. Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə v...
Cəmiyyət
Azərbaycanda koronavirusun bitəcəyi tarix açıqlanıb. Bu gün bütün dünyada, eləcə də Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır. Məhz buna görə də gündəlik yoluxma sayı artmaqdadır. Hətta bir neçə gün öncə yoluxanların sayı 950-yə yaxınlaşmışdı. Bu gün bir çoxlarını maraqlandıran məsələ koronavirusun nə zaman bitəcəyidir. BakuCity.az xəbər verir ki, bununla bağlı danışan professor Adil Qeybulla bildirib ki, insanlarımız karantin qaydalarına əməl etmə...
Cəmiyyət
"Azərbaycanın bu hərbi əməliyyatı tarixə düşəcək". BakuCity.az xəbər verir ki, bunu rusiyalı ekspert, jurnalist Maksim Şevçenko öz “Facebook” səhifəsində yazıb. O, Azərbaycan ordusunun uğurlarından və erməni qoşunları ilə silahlı toqquşmalarda qələbələrindən heyranlıq duyduğunu bildirib: “Azərbaycan ordusu Laçına yaxınlaşır. Erməni ordusunun müqavimət göstərməsi demək olar ki, mümkün deyil. Bu hərbi əməliyyat müharibələr tarixində yerini alacaq”. (metbuat....
Cəmiyyət
Ordumuz adekvat tədbirlər görür. Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq, yalnız adekvat tədbirlər görür. BakuCity.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə bəyanatında qeyd edilib: "Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginlə...
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) koronavirus pandemiyası ilə bağlı əhaliyə müraciət edib. BakuCity.az həmin müraciəti təqdim edir: "Koronavirusla mübarizəmiz davam edir. Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik”. BakuCity.az
Cəmiyyət
Ermənistanın motoatıcı diviziyasının qərargah rəisi məhv edilib. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Müdafiə Nazirliyindən BakuCity.az verilən məlumata görə, ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var. BakuCity.az