Bakıdakı bu prestijli məktəbdə təhsil ödənişsizdir - VİDEO

Bakıdakı bu prestijli məktəbdə təhsil ödənişsizdir - VİDEO

İmtahan 26 may tarixində başlayır

Bakucity.az xəbər verir ki, 2019/2020-ci tədris ili üçün S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası V-VIII siniflərə şagird qəbulu elan edir. 

Sənədlərin qəbulu 05.04.2019-cu il tarixdən başlayaraq, 24.05.2019-cu il tarixədək (şənbə-bazar istisna olmaqla) hər gün saat 10:00-dan 16:00-dək gimnaziyada həyata keçirilir.

İmtahan 26 may 2019-cu il tarixdə saat 10:00-da başlanır. İmtahan binasına bir saat əvvəl gəlmək şərtdir.

İmtahan fənləri: 

Azərbaycan dili, riyaziyyat, məntiq

Tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsinin surəti. (doğum haqqında şəhadətnamə qəbul olunmur)

2. 3x4 ölçüdə 4 ədəd fotoşəkil

Ünvan: F.Yusifov 39, Nərimanov metrosunun yaxınlığı

Əlaqə telefonu: (012) 567-22-17

Qeyd edək ki, öz yataqxanası olan, şagirdlərin gündəlik yeməklə təmin olunduğu bu Gimnaziyada təhsil dövlət hesabınadır. Gimnaziyanın şagirdləri yerli vəbeynəlxalq fənn olimpiadalarında dəfələrlə qalibiyyət əldə ediblər. "Qaynarinfo"

Bakucity.az

təhsil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər