Bakıda baxımsız vəziyyətdə olan üç uşaq tapıldı

Bakıda baxımsız vəziyyətdə olan üç uşaq tapıldı

Keşlədə 3 uşaq baxımsız vəziyyətdə aşkarlanıb

Bakucity.az xəbər verir ki, 3 azyaşlı uşağın baxımsız vəziyyətdə qalması ilə bağlı məlumat ötən gün Azərbaycan Uşaqlar Birliyinin qaynar xəttinə daxil olub. 

Bu barədə Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

"Bununla əlaqədar Nizami rayon İcra Hakimiyyətinin yetkin yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verdik. Bizim rəsmi müraciətimiz əsasında Keşlə qəsəbəsində aparılan araşdırma zamanı 3 uşaq baxımsız vəziyyətdə aşkarlanıb".

Kəmalə Ağazadənin sözlərinə görə, azyaşlılardan 2-si qız, 1-i oğlandır:

"Uşaqlar 2, 3 və 10 yaşdadırlar. Hazırda həmin uşaqlar sığınacağımıza yerləşdirilib, vəziyyətləri qiymətləndiriib. Uşaqlar uzun müddət idi ki, evin qarşısında baxımsız vəziyyətdə qalırdılar. Ana səhər çıxıb axşam gəldiyi üçün onları qonşular yedizdirirdi."

K.Ağazadə artıq ötən gecə ana ilə əlaqə saxladıqlarını deyir:

"Artıq ana sığınacağa gəlib. O uşaqların sənədlərini təqdim edəcək. Bundan sonra isə hansı addımların atılması ilə bağlı işlər İcra Hakimiyyətində davam etdiriləcək. Onu da qeyd edim ki, ana övladlarından imtina etmək istəmir. Bildiyimizə görə, bu uşaqlar qeyri-rəsmi nikahlardan dünyaya gəliblər".

Uşaqlar baxımsız vəziyyətdə olduğunu söyləyən sədrin sözlərinə görə, hazırda həmin azyaşlıların xüsusi dövlət müəssisəsinə yerləşdirilməsi isitiqamətində işlər aparılır.

Küçədə qalan azyaşlıların ataları haqda hələ ki, heç bir məlumat yoxdur. "Sputnik"

Bakucity.az

azyaşlı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər