Bakıda “Təzəpir” məscidinin yaxınlığında aşkarlanan tikili tarixi abidədirmi? – AÇIQLAMA

Bakıda “Təzəpir” məscidinin yaxınlığında aşkarlanan tikili tarixi abidədirmi? – AÇIQLAMA

Tapılan tikili tarixi abidə deyilsə, nədir?

Bakıdakı “Təzəpir” məscidinin böyüdülməsi layihəsi çərçivəsində Mustafa Sübhi küçəsində aparılan qazıntı işləri zamanı qədim hamam qalıqlarının aşkarlanması ilə bağlı məlumat yayılıb. Bakucity.az məsələyə aydınlıq gətirmək üçün Mədəniyyət nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Qazıntı zamanı aşkarlanan tikilinin qədimi hamam olması düzdürmü? Tapılan tikili tarixi abidə deyilsə, nədir? Bu suallara Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov cavab verib. Materialı oxuculara təqdim edirik.

Fariz Hüseynov: "Tapılan tikili tarixi abidə deyil"

Saytımıza açıqlama verən nazirliyin sözçüsü bildirilib ki, həmin tikili tarixi abidə deyil: 

“Aşkarlanan tikili şəxsi mülkdə olan hamamın külxanasıdır ki, hardasa 12 il əvvəl orada aparılan tikinti işləri nəticəsində dağıdılıb. Yəni, tikinti gedən zaman həmin hamam sökülüb, külxanası isə yerin alt hissəsində qalıb. Külxanalar həmişə tikili özülünün aşağısında yerləşir. Bu cür hamamlar şəxsi mülkə aid olsa da abidə sayıla bilər, amma həmin tikili tarixi abidə siyahısında yoxdur. Vaxtı ilə həmin tikiliyə yaxın avtomobil dayanacağı da olub”, deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, Tikinti Qafqaz Müsəlmanları İdarəsi tərəfindən aparılır. İş icraçısı isə “Archico” MMC adlı şirkətdir. 

Bakucity.az

Təzəpir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər