Bakı sakinlərinin içdiyi su təhlükəlidirmi? - ARAŞDIRMA - bakucity.az

Bakı sakinlərinin içdiyi su təhlükəlidirmi? - ARAŞDIRMA

Bakının içməli suyu ilə bağlı ekspertlərin maraqlı fikirləri var

Su əsas həyat mənbəyidir. Biz sutka ərzində nə qədər sərf edildiyini düşünmədən xörək hazırlayanda, içəndə, texniki məqsədlər üçün sudan istifadə edirik. Yaxın gələcəkdə su resurslarının xeyli tükənəcyi haqqında informasiyalar yayılır.  Bakucity.az bu problemin paytaxt Bakı üçün təhlükə yaratması, yerli içməli suyun dünya standartlarına uyğun gəlməsi haqqında araşdırma aparıb. 

Paytaxta verilən suyu təmiz adlandırmaq olarmı?

Azərbaycan Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezdenti, ekspert Telman Zeynalov suallarımıza cavab verərkən bildirib ki, paytaxt sakinlərinə verilən su hələ də dünya standartlarına uyğun deyil:

“Azərbaycanda suyun özünün təmizləməsinə hələ keçilməyib. Bizdə çox vaxt xlordan istifadə olunur. Əlbəttə ki, o insan orqanizmi üçün böyük təhlükə yaratmır, amma orqanizmdə toplanır.  Bu haqda həkimlər deməlidirlər, amma onların fikrincə bizə verilən su kifayət qədər təmizdir. Necə kifayət qədər təmiz ola bilər ki, yeni çaydandan bir ay istifadə etdikdən sonra içi qalın ərp ilə örtülür. Həmin ərp isə orqanizmdə qalaraq böyrəklərdə daş halında toplanır”.

Ekspertin fikrincə təbii su mənbələri kifayət qədər təmizdir və onu texniki məqsədlər üçün istifadə etmək düzgün deyil. 

“İçməli suyun tərkibində olan bəzi kimyəvi elementlər isə insan orqanizmi üçün xeyirlidir. Yaxşı olardı ki, su heç bir çöküntü verməsin deyə bizdə xüsusi təmizləyici qurğular quraşdırılsın. Bu zaman insanlar onu qaynatmadan da içə bilər. Şəxsən mən çiy su içməyə çalışıram və son vaxtlarda suda çoxlu çöküntü olduğunu hiss edirəm”.

T. Zeynalovun sözlərinə görə, ölkəmizdə tərkibinə bioloq və ekoloq alimlər daxil olan çoxlu qeyri-hökumət təşkilatlar vardır ki, onların yerli mağazalarda  satılan suların keyfiyyətinə nəzarət etməsi yaxşı olardı:

“Əfsuslar olsun ki, mağazalarda butulkalarda satılan sular dünya standartlarına uyğun deyil. Bu istiqamətdə də ciddi nəzarət lazımdır”.

Bakı içməli su ehtiyatı ilə bağlı çətinlik çəkirmi?

Ekspert su ehtiyatlarının tükənməsi ilə bağlı fikri cəfəngiyat adlandırdı:

“Suyun heç bir çatışmazlığı ola bilməz! Sadəcə olaraq, hal-hazırda 20-30 ilə ölkəmizin su çatışmazlığı ilə üzləşəcəyi haqqında informasiyalar yayılır, amma göstərilən zaman aralığı üçün bu cür proqanozlaşdırma mümkün deyil. Bu informasiya suyun qiymətini qaldıqmaq üçün kommersiya məqsədilə təbliğ edilir”, deyə T. Zeynalov fikrini tamamlayır. 

Saytımza açıqlama verən Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbiətin Mühafizəsi sektorunun  müdiri Mütəllim Əbdülhəsənov da  Telman Zeynalovun su ehtiyatlari ilə bağlı fikrini təsdiqlədi: 

“Azərbaycanda içməli su ehtiyatları 28 milyard kubmetr təşkil edir. Ölkədə yeraltı suların həcmi 9 milyarda kubmetrə yaxındır və su mənbələrimizdən 12 milyard kubmetr su götürülür. Təbii ki, ölkə çaylarında iqlim dəyişikliklərilə su ehtiyatı azalır. Bu problemlə mübarizə üçün Azərbaycanda su anbarları tikilir. İstənilən halda  əgər su çatışmazlığı olarsa, yeraltı su ehtiytlarından istifadə imkanı var”.

M. Əbdülhəsənov həmçinin qeyd etdi ki, bu gün Bakıda içməli su ehtiyatı çətinliyi yaşanmır və yaxın zamanda da gözlənilmir. 

“Hazırda nazirliyin əsas məqsədi suyun təmizliyinin qayğısına qalmaq, həmçinin su ehtiyatlarına ola biləcək təhlükələrin qarşısını almaqdır. Vətəndaşalrın su ehtiyatının tükənməməsi üçün qənaətlə su işlətmələri vacibdir”

“Bizim su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verir”

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə saytımıza açıqlamasında  əhaliyə verilən içməli suyun təhlükəsiz olduğunu deyir:

“Bakıda və regionlarda əhaliyə verilən su tam standartalara uyğundur və içməyə yaralıdır. Ceyranbatanda ultrafiltr su təmizləyici kompleks fəaliyyət göstərir. Ultrafiltrlə emal olunan su Ümumdünya Səhiyyə Təşkilatının  və digər beynəlxalq qurumların tələblərinə tam cavab verir. Onun hər hansı kimyəvi təmizləmə olmadan mexaniki üsulla emal olunmasını qeyd etmək vacibdir”.

İçək, yoxsa içməyək?

Araşdırma zamanı paytaxta verilən içməli suyun tam təhlükəsiz olduğuna 100% əmin ola bilmədik, amma ekspertlərin fikrincə əhaliyə verilən suyu krandan birbaşa içmək mümkündür. Müasir təmizləyici sistemlərə gəlincə, bu ölkədə çoxdan qurulub, amma bütün rayonlarda fəaliyyət göstərmir. Bu da o deməkdir ki, bu məsələ üzərində işləmək lazımdır. O ki, qaldı içməli su ehtiyatının çatışmazlığına, bakılıların bununla bağlı narahatçılığına əsas yoxdur. Çünki mövcud olan su hələ uzun müddət əhaliyə bəs edəcək.

Züleyxa İsmayılova

Bakucity.az

Bakıda içməli su problemi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
48 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

İdman
Avropa Yay Gənclər Olimpiya Festivalında millimizin bayraqdarı müəyyənləşib Bakucity.az xəbər verir ki, İyulun 21-27-də Bakıda keçiriləcək festivalın açılış mərasimində iştirakçı ölkələrin paradı zamanı ölkəmizin üçrəngli bayrağını Hüseyn Məmmədov daşıyacaq.  “Judo Club 2012”nin üzvü yarışda Azərbaycanın cüdo yığmasının heyətində +90 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.  Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın on növü -...
Cəmiyyət
Yol polisi paytaxtda profilaktik tədbirləri davam etdirir Bakucity.az xəbər verir ki, gecə saatlarında davam edən reyd zamanı Nərimanov rayonu ərazisində 99 HJ 999 dövlət nömrə nişanlı, "Mayback" markalı avtomobil saxlanılıb. Avtomobilin sürücüsü Ramil Abdullayev təhlükəsizlik kəmərindən istifadə etmədiyi, yol nişanının tələbini pozduğu üçün yol polisi tərəfindən saxlanılıb. Söhbət zamanı inspektor sürücüdən kəskin spirt iyi gəldiyini hiss edərək tibbi müa...
Hadisələr
Xəzər rayonunda kütləvi dava baş verib Bakucity.az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzində qeydə alınıb. Belə ki, beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib. Hadisəni törədənlər Xəzər Rayon Polis İdarəsi tərəfindən axtarılır. (APA) Bakucity.az
Mədəniyyət
Ağ-qara fotolarda Xəzər sahilləri əks olunub Bakucity.az xəbər verir ki, ötən gün paytaxtda tanınmış fotoqraf Rüstəm Hüseynovun “Qum dalğaları” fotosərgisinin açılışı keçirilib.  Emin Qəhrəmanov Sənət Qalereyasında keçirilən sərgidə Rüstəm Hüseynovun yeni əsərləri nümayiş olunub.  Fotoqrafın çəkdiyi fotolarda isti yay günləridə Abşeron çimərliklərindən mənzərələr yer alıb.  Foto: Ceyhun Rəhimzadə Bakucity.az
Hadisələr
Bakıda mənzildən iki nəfərin meyiti tapılıb Bakucity.az  xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.  Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Məmmədova Esmira...
Hadisələr
Binəqədi rayonunda intihar hadisəsi olub Bakucity.az  xəbər verir ki, ötən gün gecə saatlarında Binəqədi rayonu, X.Hüseynov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Fərhad Eldar oğlu Quliyev evdə dərman içərək intihar edib. İlkin məlumatlara görə, onun intihar etməsinə səbəb nişanlısından ayrılması olub. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb. (oxu.az)...
Hadisələr
“İnstagram”da tanış olub paytaxtda oğurluqlar etdilər Bakucity.az xəbər verir ki, Maştağa qəsəbəsində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birində gecə saatlarında oğurluq hadisəsi baş verib. Sabunçu Mühafizə İdarəsinin hadisə yerinə yollanan əməkdaşları obyektin qapısının sındırıldığını görüblər. Bu vaxt həmin ərazidən “Moskviç 21 406” markalı avtomobilin uzaqlaşması polislərdə şübhə oyatdığından həmin nəqliyyat vasitəsini təqib edərək saxla...
Hadisələr
Paytaxtda qanunsuz fəaliyyət göstərən çörək sexi aşkarlanıb Bakucity.az xəbər verir ki, Qəmbərov Ələkbər Zaid oğluna məxsus sex Binəqədi rayonu, Yəhya Hüseynov küç, ev 98 ünvanında yerləşir. Qanunsuz fəaliyyət göstərən çörək sexində sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Müəyyən edilib ki, sexdə istifadə olunan xammalların mənşəyi məlum deyil, eləcə də temperatur rejimi gözlənilmədən saxlanılır, hazır məhsul...
Ekologiya
Paytaxtda iyulun 20-nə gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, g...