İzmirdən Bakıya uçuşlar başlayacaq

İzmirdən Bakıya uçuşlar başlayacaq

"Pegasus" aviaşirkəti İzmirdən Bakıya uçuşlara başlayacaq.

Bakucity.az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan bildirib ki, uçuşlar cari ilin yay ayından nəzərdə tutulub. 

Nazir, həmçinin aprelin 22-də "Türk Hava Yolları"nın Ankara-Bakı aviareysini həyata keçirəcəyini də xatırladıb. Bildirib ki, keçən il iki ölkə arasında 7 min 919 aviareys həyata keçirilib və 972 min 533 sərnişin səfər edib. Azərbaycan və Türkiyə arasındakı karqo daşımalarında isə 17 min 527 ton yük daşınıb. (Azərtac)

Bakucity.az

İzmirdən Bakıya uçuşlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər