Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun oyunları keçiriləcək.
Bakucity.az xəbər verir ki, bu gün Bakının "Zirə" klubu səfərdə "Qəbələ"nin qonağı olacaq.
25 xalla 6-cı yerdə qərarlaşan "Zirə" qalib gəlsə, bir pillə irəliləyəcək.
İki komanda indiyədək 15 dəfə qarşılaşıb. Bunların hərəyə 4-də tərəflər bərabər sayda qələbə qazana biliblər. Daha 7 oyun isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə "Qəbələ" öndədir - 16:13. Lakin "Zirə" 4 oyundur uduzmur. Son iki matçda isə heç-heçə qeydə alınıb.
"Əlincə Arena"da isə "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək.
Hazırda 52 xala malik flaqman 2-ci, 26 xalı olan debütant isə 5-ci pillədədir. "Neftçi" çempionluq şansını qorumaq üçün mütləq qələbə qazanmalıdır.
Komandalar dördüncü dəfə üz-üzə gələcəklər. Premyer Liqada bu mövsümdən çıxış edən "Sabah" "Neftçi"yə əvvəlki hər 3 görüşdə uduzub. Topların nisbəti isə 7:1 flaqmanın xeyrinədir.
Azərbaycan Premyer Liqası, XXV tur
19 aprel (cümə)
16:00. “Qəbələ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəşad Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
18:30. “Sabah” – “Neftçi”
Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Yaşar Abbasov, Səbuhi Bayramov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Əlincə Arena”
Bakucity.az