Bakının Baş planı nə vaxt hazır olacaq?

Bakının Baş planı nə vaxt hazır olacaq?, Javid

Bakının Baş planının hazırlanmasının ikinci mərhələsinə başlanılacaq.

Bakucity.azxəbər verir ki, bu barədə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya texnologiyaları departamentinin direktoru Rüfət Mahmud bildirib. O qeyd edib ki, Baş planın ikinci mərhələsinin hazırlanması may ayına təsədüf edəcək və növbəti 18 ayə əhatə edəcək:

Bunu da oxu: Bakıda baş plana uyğun gəlməyən binalar söküləcək? - AÇIQLAMA

"Biz bu müddət ərzində şəhərin Baş planını tam hazırlamağı nəzərdə tutmuşuq ki, paytaxtın inkişaf konsepsiyası çərçivəsində müəyyən olunan tapşırıqların reallaşdırılmasına başlayaq".

Qeyd edək ki, Bakı şəhərinin Baş planını Almaniyanın AS+P şirkəti hazırlayacaq. Bu şirkət 2018-ci ilin sonunda keçirilmiş tenderin qalibi olub.

Baş planın 2020-ci ilin sonunadək tam hazırlanıb hökumətə təqdim olunması gözlənilir. Qanunvericiliyə əsasən, Baş plan şəhər daxilində mövcud olan ərazilərdən istifadə normalarını müəyyənləşdirir və növbəti 20 il ərzində bütün strukturların bu müddəalara əməl etməsini nəzərdə tutur. (Trend)

Bakucity.az

Bakın Baş planı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər