Bu rayonlarda təbii qaz verilməsində məhdudiyyətlər olacaq.
Bakucity.azxəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Qeyd edilib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində pilot layihə ilə çəkilmiş qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar, bu gün saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu 1 və 2-ci Alatava, Tbilisi prospekti, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə və H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Nərimanov və Binəqədi rayonlarının bir hissəsinin də qaz təchizatında fasilələr ola bilər.
Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
Bakucity.az