Bakı məktəblərində “Oxu günü” tədbirləri keçirilir - FOTO

Bakı məktəblərində “Oxu günü” tədbirləri keçirilir - FOTO

Bakı məktəblərində “Oxu günü” ilə əlaqədar tədbirlər keçirilir.

Bakucity.az xəbər verir ki,  paytaxt məktəblərində ədəbi-bədii gecələr, qiraət axşamları, poeziya günləri, Azərbaycanın görkəmli ədiblərinin həyat və yaradıcılığından bəhs edən müzakirələr, toplantı, konfrans, mühazirə və “Dəyirmi masa”lar təşkil edilir.

“Oxu günü” çərçivəsində tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.

Tədbirlərdə YUNESKO-nun qərarına əsasən, hər il aprelin 23-nün beynəlxalq səviyyədə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd edildiyi şagirdlərin diqqətinə çatdırılır,  bu günün beynəlxalq səviyyədə qeyd edilməsinin əhəmiyyəti və mahiyyəti izah edilir.

Tədbirlərdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir, şeirlər söylənilir, Azərbaycan yazıçılarının dram əsərlərindən parçalar səhnələşdirilir.

“Oxu günü” çərçivəsində şagird və müəllimlərin Bakı Kitab Mərkəzinə ekskursiyası da təşkil olunur.

Bakucity.az

Bakı məktəbləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər