Bakıda keçiriləcək "Forumla 1"-də pilotların paradı olacaq

Bakıda keçiriləcək "Forumla 1"-də pilotların paradı olacaq

Bakıda keçiriləcək "Formula 1" qran-prisində  maraqlı yeniliklər olacaq.

Bakucity.azxəbər verir ki, yeniliklərdən biri də  yarışdan öncə sürücülərin paradı keçirilməsidir. Onlar yarış günü xüsusi xalça üzərində yürüş edəcək. Pilotları 25 rəqqas müşayiət edəcək.

Azərbaycan Qran Prisinin 1001-ci yarış olması ilə əlaqədar xalçanın üzərində 1001 rəqəmi əks olunacaq. 

Digər yenilik isə himnimizlə bağlıdır. Belə ki, himnimiz Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli tərəfindən oxunacaq.

Himnimiz tar, nağara, violançel və timpani alətləri vasitəsilə çalınacaq. (Qafqazinfo.az)

Bakucity.az

Bakıda "Forumla 1"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər