Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki dəyişdi

Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki dəyişdi, Oral Aliyev

Bakı-Sumqayıt-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafiki dəyişib.

Bakucity.az xəbər verir ki, aprelin 22-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb. Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Məlumatda qeyd edilib ki, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6015, 6017, 6020, 6022/6021, 6024, 6028  nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.   

Bakucity.az

Bakı-Sumqayıt qatarları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər