Bakıda 4 ağac kəsən şəxs 2960 manat cərimələndi

Bakıda 4 ağac kəsən şəxs 2960 manat cərimələndi, Oral Aliyev

Bakıda 4 ağacı kəsən şəxs 2960 manat cərimədilib.

Bakucity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Yasamal rayonu A.Abbasov küçəsi 78 ünvanında köküstə yaş müxtəlif cinsli 4 ağacın kəsildiyi aşkar edilib.

Ağacları kəsən şəxsin Sabunçu rayon sakini Rövşən Əkbərov olduğu müəyyən olunub. 

Faktla bağlı təqsirkar barəsində akt, protokol tərtib edilib. O, 2960 manat məbləğində cərimə olunub. 

Bakucity.az

Bakıda ağac kəsən şəxs
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər