Prezident Bakıda yol tikintisinə 1.9 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident Bakıda yol tikintisinə 1.9 milyon manat ayırdı - SƏRƏNCAM, Oral Aliyev

Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulacaq.

Bakucity.az xəbər verir ki, Prezident İham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb

Bakucity.az

Bakıda yol tikintisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər