Bakıda qadın sürücü dayanacaqdakı piyadaları vurub

Bakıda qadın sürücü dayanacaqdakı piyadaları vurub

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakucity.az xəbər verir ki, hadisə Binqədi qəsəbəsində baş verib. Belə ki, qadın sürücü idarə etdiyi “Kia” markalı avtomobil ilə 133 nömrəli avtobusun dayancağında dayanan 2003-cü il təvəllüdlü Səmədov Əli Ceyhun oğlu və 2002-ci il təvəllüdlü Bayramov Vüsal Ramiz oğlunu vurub. Yaralıların hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan Ə.Səmədovun vəziyyəti həkimlər tərəfindən ağır kimi qiymətləndirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. (Ona.az)

Bakucity.az

Bakıda ağır yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər