Bakı universitetlərində 3 günlük startap müsabiqəsi keçirilir - FOTO - bakucity.az

Bakı universitetlərində 3 günlük startap müsabiqəsi keçirilir - FOTO

Müsabiqə "İdeyadan Biznesə" layihəsi çərçivəsində keçirilir

Bakucity.az xəbər verir ki, ADA Universitetində aprelin 18-dən başlayan startap marafonunda 10-dək ali təhsil məktəbinin startap komandası öz layihələrini münsiflər heyəti qarşısında təqdim edəcəklər. 

Müsabiqədə Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik, ADA, Tibb və Qərbi Kaspi universitetlərinin, Bakı  Ali Neft Məktəbinin tələbələri iştirak edir. 

20 aprel tarixində isə ali təhsil müəssisələri arasında startap müsabiqəsinin finalı təşkil olunacaq. Müsabiqə iştirakçılarının layihələri münsiflər heyəti tərəfindən ideyanın unikallığı, bazar potensialı,investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi kriteriləri üzrə qiymətləndiriləcək.    

Qalib komandalar avqust ayının sonlarında 12 regionun da  qalibləri ilə birgə “İnnocamp” yay düşərgəsində iştirak etmək hüququ qazanacaq. 

Oktyabrda keçirilən ümumrespublika finalında 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən olunacaq. 

Milli Finalda təşkilatçılar və tərəfdaşlar qalib gələcək ilk üç yerin sahiblərini mükafatlandıracaqlar. Həmçinin onlara ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.

Finalçılar və  hər region üzrə I yerin qalibləri isə dekabr ayında keçiriləcək “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və eyni zamanda investorlara təqdim etmək şansı qazanacaqlar. 

Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkəti ilə birgə reallaşdırılan “İdeyadan Biznesə” startap turlarının Sabirabad, Sumqayıt, Gəncə, Göyçay, Tovuz şəhərləri üzrə qalibləri artıq məlumdur.

Naxçıvan, Lənkəran, Zaqatala, Tovuz, Şamaxı və Şəkinin startap turlarında  “http://www.i2b.az” saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür.

Qeyd edək ki, ötən il 8 regionda, 16 ali təhsil, 3 ümumtəhsil müəssisəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları keçirilib. Startap marafonuna 7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarından 2 mindən çox iştirakçı qatılıb. Ümumilikdə seçilən 75 komandadan 13-ü respublika finalında iştirak hüququ qazanıb.

Finalda 3 layihə qalib olub, daha 4 layihə isə tərəfdaşlar tərəfindən mükafatlandırılıb.

Bakucity.az

ada
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
9 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Tamara Qverdtsiteli "Jara-2019" beynəlxalq musiqi festivalında çıxış edəcək Bakucity.az xəbər verir ki, Gürcüstanın və Rusiyanın xalq artisti Tamara Qverdtsiteli paytaxtda sevilən mahnılarını səsləndirəcək.  Bu barədə "Jara-2019"-un rəsmi "İnstagram" səhifəsində məlumat verilib: "Gürcüstanlı sənətçi Tamara Qverdtsiteli kimi iştirakçılar hər hansı bir tədbirin statusunu müəyyənləşdirirlər.  Gerçək bir pop əfsanəsi, təəccüblü timbre və sadiq bir qadın - 26 ...
Hadisələr
Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlqar Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakimlər kollegiyasının hökmünə əsasən, İlqar Qurbanov 15 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsində baş verib. Masallı rayon, Boradigah kənd sakini, 57 yaşlı...
Hadisələr
Türkiyənin şirkətinə məxsus avtobusada yanğın baş verib Bakucity.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Padar Çöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşı 43 yaşlı Şenel Ustabaş Feredun sərnişinlə dolu "Mercedes" markalı avtobusla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən avtobusda yanğın olub. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb. Avtobus Bakıdan İstanbula gedirmiş. (Baku.ws) Bakucity....
Hadisələr
Paytaxtda ticarət mərkəzindən oğurluq olub Bakucity.az xəbər verir ki, nəticəsində bu il aprelin 1-dən mayın 17-dək olan müddətdə Lökbatan qəsəbəsi ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 5580 manat oğurlanıb.  Qaradağ polisinin keçirdiyi əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən, orada satıcı işləmiş Abşeron rayon sakini C.Şükürov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.  Bakucity.az
Ekologiya
Paytaxtda iyulun 19-na gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraiti...
Mədəniyyət
Məşhur sənətçi "Jara-2019" beynəlxalq musiqi festivalına hazırlaşır Bakucity.az  xəbər verir ki, rusiyalı müğənni, şair və bəstəkar Leonid Aqutin iyulun 25-28-də Bakıda keçiriləcək "Jara-2019"-da çıxış edəcək.  Leonid Aqutin "Moskva-Bakı" protalına müsahibəsində bunları deyib: "Bakıya gedən qatar - bu, hər zaman bir hədiyyədir! Bakıya gəlməkdən zövq alıram. Mən həmişə Bakıda özümü yaxşı hiss edirəm. Hər zaman Azərbaycanın paytaxtının inkişafından danışıram...
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara müraciət edib Bakucity.az xəbər verir ki, DİN-nin müraciətində qeyd edilib ki, vətəndaşlar müvəqqəti yaşadıqları yer üzrə nazirliyin saytında qeydiyyatdan keçərək məlumat verməlidir. Qeyd edək ki, Bakıda kirayə qalanların sayı üstünlük təşkil edir. Bu baxımdan paytaxtda kirayədə qalanlar gəldikləri ünvanda 60 gündən az yaşayacaqlarsa 24 saat ərzində, 60 gündən çox yaşayacaqlarsa 7 gün ərzində müraciət edib qeydiyya...
Hadisələr
Bu barədə hadisə şahidləri bildiriblər Bakucity.az xəbər verir ki, sözügedən şəxs Xətai rayonunun Xuda Məmmədov küçəsi 25 ünvanında, “Modern” idman əyləncə mərkəzinin yaxınlığında təhlükəsizlik kamerasına düşüb.  Görüntülərdə orta yaşlı kişi zivələrdən qadın alt paltarlarını oğurlayır. Kişi ipdən asılan paltarların heç birinə dəymir. Yalnız qadın alt paltarlarını götürür. Vətəndaşlar həmin şəxs barədə Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə də m...
Hadisələr
Paytaxtda döyülmə hadisəsi baş verib Bakucity.az xəbər verir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi M.Ziya küçəsində yaşayan 1955-ci il təvəllüdlü Salayeva Səmayə Həbibulla qızı kürəkəni tərəfindən döyülüb.  Yaralı xəstəxanaya çatdırılıb. Ona təpə-ənsə nahiyəsinin əzilmiş-kəsilmiş diaqnozu qoyulub. Faktla bağlı polis araşdırma aparır. (Bakupost.az) Bakucity.az