Bakıda daha bir beynəlxalq idman turniri keçiriləcək

Bakıda daha bir beynəlxalq idman turniri keçiriləcək, Oral Aliyev

Bakıda budo üzrə beynəlxalq turnir keçiriləcək. 

Bakucity.az xəbər verir ki, mayın 2-6-da Bakı İdman Sarayında keçiriləcək yarış ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub.

Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşəbbüsü ilə təşkil ediləcək.

Turnirdə Azərbaycan, Pakistan, İraq, Əfqanistan, İran, Gürcüstan, Özbəkistan, Zimbabve, Türkiyə, Kipr, Rusiya, Banqladeş və Hindistandan olan 600-ə yaxın idmançı çıxış edəcək. 

Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçiriləcək.

Yarışın açılış mərasimi mayın 4-də saat 15:00-da başlayacaq.

Bakucity.az

Bakıda beynəlxalq yarış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər