Bakıda bu yollar bağlandı – SİYAHI

Bakıda bu yollar bağlandı – SİYAHI

Bu gündən paytaxtda bir sıra yollar bağlandı 

Bakucity.az xəbər verir ki, Bakıda növbəti Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə əlaqədar görülən tədbirlərlə bağlı aprelin 22-dən paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V. Əsədov bildirib ki, bu gündən etibarən Bakı Şəhər Halqası kimi tanınan ərazi üzrə - "Azneft" meydanı istiqamətində - Bayıldan 20-ci sahə istiqamətində və cənub tərəfdən, eyni zamanda Hökumət Evi istiqamətində - Üzeyir Hacıbəyov küçəsi ilə Afiyyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsinin kəsişməsindən, həmçinin Lermontov küçəsi ilə Axundov adına park və onun ətrafı, xüsusilə də Əhməd Cavad küçəsi ilə İstiqlaliyyət və Bünyat Səfərov küçələri istiqamətində, Şeyx Şamil küçəsi istiqamətində, Dənizkənarı Milli Park boyunca, Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdiriləcək.

Həmin istiqamətlər üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən isə Badamdar şosesi vasitəsilə tənzimlənir.

Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyyədin Cəlilov - Yusif Səfərov, Yusif Səfərov - 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mətbuat, Ziya Bünyadov, Mikayıl Müşfiq küçə və prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.

Həmçinin, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə nəqliyyat vasitələrinin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlara aprelin 18-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslarından istifadə etmək tövsiyə olunur.

Bölmə rəisi bildirib ki, yarışın keçirilməsi ilə bağlı Bakı Şəhər Halqası kimi tanınan ərazidə yol nişanları qoyulub. Sürücülər bu nişanların tələblərinə uyğun hərəkət etməlidirlər.

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar aprelin 22-dən etibarən Bakı Şəhər Halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək. (BAKU.WS)

Bakucity.az

F 1
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Ermənistan atəşi nəticəsində Goranboy rayonunun Tap kəndində daha bir dinc sakin həlak olub. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında etdiyi paylaşımda bildirib. Hikmət Hacıyev bildirib ki, raket həmin şəxsin evinin damına düşüb. “Ermənistanın hərbi cinayətləri davam edir”. Now. One more civilian was killed by Armeni...
Cəmiyyət
Azərbaycanda bu gün koronavirus infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib. BakuCity.az
Cəmiyyət
"Boş ümidlərə qapılmayın, ordumuz Azərbaycan qarşısında dayana bilməz". Erməni xalqı boş ümidlərə qapılmasın. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana bilməz. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistanın “Adekvad” hərəkatının təsisçisi Konstantin Ter-Nakalyanın erməni xalqına müraciətində deyilir. Onun sözlərinə görə, Ermənistan yorucu müharibə ssenarisindədir: “Bunun əbədi davam edəcəyinə dair boş ümidlərə qapılmayın. Azərbay...
Cəmiyyət
Şücaət göstərən hərbçiyə mənzil hədiyyə olunub. “Cavid-2016” MMC işğal altında olan torpaqların azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda şücaət göstərən hərbçiyə mənzil hədiyyə edib. BakuCity.az xəbər verir ki, oktyabrın 27-də şirkətin ofisində keçirilən təqdimatda Suqovuşan qəsəbəsinin azad edilməsindən sonra Azərbaycan bayrağını meydanda dirəyə taxaraq dalğalandıran əsgər İlkin Fərzəliyevə “Cavid-2016” şirkətinin rəhbərliyi tərəfindən mənzil...
Cəmiyyət
Könüllü Bərdədə humanitar dəstək verərkən öldürülüb. Beynəlxalq Qızıl Xaç Komitəsinin könüllüsü Ermənistanın şəhəri kasset raketləri ilə atəşə tutması nəticəsində Azərbaycanın Bərdə şəhərində humanitar dəstək verərkən öldürülüb. BakuCity.az xəbər verir ki, bunu zərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter paylaşımında qeyd edib. BakuCity.az
Cəmiyyət
Erməni əsgər qadın Azərbaycan tərəfə keçib. BakuCity.az Erməni əsgər qadın könüllü olaraq Azərbaycan tərəfə keçib. BakuCity.az
Cəmiyyət
Düşmən rayonlarımızı təkrar atəşə tutub. Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. BakuCity.az
Cəmiyyət
BMT Azərbaycanın Bərdə şəhərinə edilən hücumu qınayır. BMT Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda yaşayış məntəqələrinin atəşə tutulmasını, o cümlədən də Azərbaycanın Bərdə şəhərinə edilən hücumu qınayır. BakuCity.az xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib. “Çoxsaylı insan ölümünə və xeyli sayda insanın yaralanmasına səbəb olan Bərdə şəhərinə edilən hücum da daxil olma...
Cəmiyyət
Ermənistanın daha 51 hərbçisi ordumuz tərəfindən məhv edilib. İşğalçı Ermənistan Azərbaycan ordusunun əks-hücumu nəticəsində məhv edilən hərbçilərinin sayını açıqlayıb. BakuCity.az xəbər verir ki, bu dəfə ordumuz 51 erməni hərbçisini məhv edib. Düşmən tərəf ümumilikdə 1 119 hərbçisinin öldürüldüyünü etiraf edib. (oxu.az) BakuCity.az