Bakı sakinlərinin nəzərinə, problemli kreditlərə görə ödənişlər başlayır

Bakı sakinlərinin nəzərinə, problemli kreditlərə görə ödənişlər başlayır

Bu gündən problemli kreditlərə görə ödənişlər başlayır

Bakucity.az xəbər verir ki, bu gündən etibarən prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq,  Azərbaycanda dollar kreditləri üzrə kompensasiya ödənilməsinə başlanılır.

Ödənişlər kredit təşkilatları və poçt rabitəsi milli operatoru tərəfindən həyata keçiriləcək.

Bütün ödənişlərin fərmana uyğun olaraq cari ilin may ayında yekunlaşdırılması nəzərdə tutulub.

Ölkə üzrə kompensasiya alacaq şəxslərin sayı 602347 nəfər təşkil edir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə Maliyyə Nazirliyi tərəfindən kredit təşkilatlarına vəsaitlərin köçürülməsi mərhələli şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla həyata keçiriləcək. (Oxu.az)

Bakucity.az

kredit
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər