Bakıya “Formula-1” yarışı lazımdırmı? - Açıqlama

Bakıya “Formula-1” yarışı lazımdırmı? - Açıqlama, Oral Aliyev

Yarışların əsas müsbət və mənfi tərəfləri.

Bu il üçüncü dəfədir ki, Bakıda “Formula-1” Qran-pri yarışları keçirilir. “Baku City Circuit” beynəlxalq konferensiyasında  Azərbaycanda  Qran-prisinin məşhurlaşması artması və yarışların ölkəyə turist axınının güclənməsinə səbəb olduğu qeyd olunub. Bir çox paytaxt  sakinləri isə bu layihəyə xeyli vəsait xərclənməsindən narazıdırlar. Bundan başqa, yarış günlərində şəhərin mərkəzi küçələri demək olar ki, iflic vəziyyətə düşür.

Bakucity.azpaytaxtda “Formula-1”  yarışlarının davam etdirilməsi qərarının doğru olub-olmadığını araşdırıb.

Ekspert: “Təkcə 2018-ci ildə  Azərbaycanda keçirilən “Formula-1” Qran Prisini  82,3 milyoninsan izləyib. ”

Azərbaycan Turizm və Menecment Unuversitetinin “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanı Bahadur Bilalov yarışları ölkənin tanıdılması dünyada baxımından qiymətləndirib:

Bakıya “Formula-1” yarışı lazımdırmı? - Açıqlama, fotoşəkil-1
Bakıya “Formula-1” yarışı lazımdırmı? - Açıqlama, fotoşəkil-1

“Yarışlar hər il 21 ölkədə keçirilir, “Fopmula-1” fanatlarının sayı 500 milyon adamdan çoxdur. Bu yarış  məşhurluğuna görə dünyanın futbol çemponatları və olimpiya oyunlarıyla  rəqabət aparır. Bundan başqa, F-1 digər beynəlxalq yarışlarla müqayisədə ən çox auditoriya toplayır. Çempionat birbaşa efirdə yayımlanır və beş qitənin 200 ölkəsini əhatə edir. Təkcə 2018-ci ildə  Azərbaycanda keçirilən “Formula-1” Qran Prisini  82,3 milyon insan izləyib .və öz növbəsində Bu minlərlə insanın Bakı haqqında məlumat alması deməkdir, onların xeyli hissəsi bizim şəhəri görmək fikrinə düşüb”.

B. Bilalovun sözlərinə görə, bu, ilk növbədə Bakının tanınması və hər il yarışa gələn xarici ziyarətçilərin sayının artırılmasıdır. Belə ki, əgər 2016-cı ildə Bakıya dünyanın 42 ölkəsindən qonaqlar gəlmişdisə,2017-ci ildə 65 ölkədən, 2018-ci ildə isə 78 ölkədən qonaqlar gəlib:

“Sosial şəbəkələrdə belə bir xəbər yayılmışdı ki, Yeni Zelandiyada bir nəfər F-1 fanatı Bakıda heç vaxt olmadığı halda, açdığı kafenin adını “Bakı” qoyub. Yəni, o, televiziyada  yarışa baxanda, yarış və şəhər o qədər xoşuna gəlib ki, kafenin adını paytaxtımızın şərəfinə adlandırıb”.

Belə xərclər özünü doğruldurmu?

Bilalov qeyd edib ki, yarışların təşkilatçı şirkətin ilk yarışın keçirilməsindən əldə etdiyi gəlir xərcləri üstələyib.

“Hesabat Price waterhouse Coopers (PwC) beynəlxalq şirkətinin auduti əsasında tərtib olunub. Bu araşdırmaya görə, Bakının mərkəzi küçələrində 2016 və 2017-ci illərdə keçirilən iki həftəsonu F-1 yarışlarından 277, 3 milyon dollar gəlir əldə edilib.

277,3 milyon dollar yekun məbləğə iki F-1 yarışının əməliyyat xərcləri əsasında hesablanmış birbaşa və dolayı gəlirlər aiddir. Bu gəlirlərə oteldə yerləşmə, nəqliyyat, restoran, poçt və telekommunukasiya xidmətləri və sairə aiddir”.

B. Bilalovun qeyd etdiyi kimi, 2016 və 2017-ci illərdə iki Qranpri zamanı turist sektorunun payına düşən birbaşa gəlirlər 22,7 milyon dollardır. 

“Xaricdən bir qonağın gəlməsi təkcə yarışa bilet alması deyil, gediş-dönüş aviabileti almaq və ən azı 3 gecə oteldə qalmaqdır. Burda olanda isə o, restoranlarda olur, suvenir alır, muzeylərə gedir və s. Yarış zamanı tras perimetri boyunca otellər 100% dolur və oteldə bir gecə qalmaq haqqı 2 və ya 3 dəfə qalxır. Bundan başqa,  paytaxt sakinləri öz mənzillərinin kirayə verməklə pul qazanırlar ” – deyə dekan əlavə edib.

B. Bilalov qeyri-maddi gəlirlərə də toxunub. Yarışların 3 gün keçirilməsinə baxmayaraq, onun təşkilinə minlərcə işçi toplanır və gənclərin könüllü çalışması onların təcrübəsini artırır.

B. Bilalov F-1 yarışlarının keçirilmə müqaviləsinin uzadılmasının doğru olduğundan əminliyini ifadə etdi: “Əgər ölkəmiz üçün sərfəli olmasaydı, müqaviləni uzatmazdılar”.

Mərkəzi küçələrin bağlanması problemi

Ekspert həmçinin yarış zamanı mərkəzi yolların bağlanması problemindən də danışıb:

“Razılaşıram ki, yarış həftəsində Bakıda mərkəzi küçələrin bağlanması həm şəhər sakinləri, həm də nəqliyyat vasitələri üçün müəyyən çətinliklər yaradır. Bununla belə, yarışın paytaxtın mərkəzi küçələrində keçirilməsi potensial turist üçün cəlbedici olur. Şəhərin helikopterlə çəkilməsi isə dünyanın milyonlarla tamaşaçıları paytaxtın görməli yerlərini görürlər.

Nə vaxt ki, yarışın özü olduqca maraqlı olur, amma gözlənilməz qəzalar və nəticələr baş verir, onda bizim yarış barədə dünya mətbuatında il ərzində danışılır ", deyə B. Bilalov qeyd edib.

Beləliklə, məlum olur ki, F-1 hər şeydən öncə turist məhsuludur. Mütəxəssisin sözlərinə görə, səyahət agentlikləri, mehmanxanalar və restoranlar bu fürsətdən yararlanmalıdır. Yerli mehmanxanalar və restoranlar digər ölkələrin təcrübəsindən yararlanaraq xüsusi tədbirlər təşkil etməlidirlər və yarışa uyğun menyu yaratmalıdırlar. Bu isə öz növbəsində, biznesin inkişafını stimullaşdırır və statistikadada göstərildiyi kimi ölkəyə pul axınını artırır.

Züleyxa İsmayılova

Bakucity.az

Formual 1
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib. "Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəfə almır. Xankəndi və başqa şəhərlərə baxsaq, görərik ki, Ermənistan ordusu atəş nöqtələrini, hərbi obyektləri insanların yaşadıqları yerlərdə qoyurlar, oradan da Azərbaycanı hədəfə alırlar. Bu, terrorçuların istifadə etdikləri üslubdur". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin...
Cəmiyyət
Ermənistanın sabiq baş naziri Vazgen Manukyan müharibədəki məğlubiyyətə görə Ermənistan rəhbərliyini istefa verməyə səsləyib. BakuCity.az xəbər verir ki, V.Manukyan bəyanat yayaraq, Ermənistanın hazırda tarixin ən biabırçı səhifələrini yaşadığını bildirib. “Təkcə Qarabağın deyil, Ermənistanın və erməniliyin gələcəyi də təhlükə altındadır. Bundan xilas olmaq üçün hökumət bütün hakimiyyəti orduya verərək istefaya getməlidir, özü də bunu könüllü şəkildə etməl...
Cəmiyyət
Mütəxəssis orduya dəstək nümayiş etdirib.  "Bakı Mərkəzi Elektrotökmə" ASC-nin idarə heyətinin sədri Cavid Haşımov bir qrup könüllü mülki texniki mütəxəssislərdən ibarət olan komandası ilə müharibənin ilk günlərindən cəbhə bölgələrində zədələnmiş hərbi nəqliyyat vasitələrinin operativ səyyar təmirini təşkil edir, yenidən döyüş sıralarına qaytarır. BakuCity.az xəbər verir ki, bu təşəbbüs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə dəstək olar...
Cəmiyyət
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb. Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb. BakuCity.az sözügüdən bəyanatı təqdim edir: “Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür. Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə v...
Cəmiyyət
Azərbaycanda koronavirusun bitəcəyi tarix açıqlanıb. Bu gün bütün dünyada, eləcə də Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır. Məhz buna görə də gündəlik yoluxma sayı artmaqdadır. Hətta bir neçə gün öncə yoluxanların sayı 950-yə yaxınlaşmışdı. Bu gün bir çoxlarını maraqlandıran məsələ koronavirusun nə zaman bitəcəyidir. BakuCity.az xəbər verir ki, bununla bağlı danışan professor Adil Qeybulla bildirib ki, insanlarımız karantin qaydalarına əməl etmə...
Cəmiyyət
"Azərbaycanın bu hərbi əməliyyatı tarixə düşəcək". BakuCity.az xəbər verir ki, bunu rusiyalı ekspert, jurnalist Maksim Şevçenko öz “Facebook” səhifəsində yazıb. O, Azərbaycan ordusunun uğurlarından və erməni qoşunları ilə silahlı toqquşmalarda qələbələrindən heyranlıq duyduğunu bildirib: “Azərbaycan ordusu Laçına yaxınlaşır. Erməni ordusunun müqavimət göstərməsi demək olar ki, mümkün deyil. Bu hərbi əməliyyat müharibələr tarixində yerini alacaq”. (metbuat....
Cəmiyyət
Ordumuz adekvat tədbirlər görür. Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq, yalnız adekvat tədbirlər görür. BakuCity.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə bəyanatında qeyd edilib: "Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginlə...
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) koronavirus pandemiyası ilə bağlı əhaliyə müraciət edib. BakuCity.az həmin müraciəti təqdim edir: "Koronavirusla mübarizəmiz davam edir. Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik”. BakuCity.az
Cəmiyyət
Ermənistanın motoatıcı diviziyasının qərargah rəisi məhv edilib. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Müdafiə Nazirliyindən BakuCity.az verilən məlumata görə, ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var. BakuCity.az