Bakıda film çəkilişləri zamanı təhlükəli anlar - VİDEO

Bakıda film çəkilişləri zamanı təhlükəli anlar - VİDEO

Hind kinosunun çəkilişləri zamanı təhlükəli anlar yaşanıb

Bakucity.az xəbər verir ki, aprelin 21-i səhər saatlarında Bakının mərkəzi küçələrində maraqlı anlar yaşanıb. 

Belə ki, paytaxtın tarixi tikililəri olan yollarında xarici nömrə nişanlı avtomobil sərt manevrlər edərək şütüyüb. Maraqlı an isə ondan ibarət olub ki, həmin maşının üstündə adam olub və bərk-bərk maşının kuzasından yapışıb.

Sakinlər və həmçinin, ətrafdakı mağazaların sakinləri bu olayın tamaşasına yığışıblar. Öncə nə baş verdiyini anlamasalar da, az sonra bəlli olub ki, Hindistan kinoşirkətlərindən biri Bakıda film çəkir. 

Hələlik filmlə bağlı heç bir məlumat yoxdur. (Yeni Sabah)

Bakucity.az

maraqlı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər