Bakıda bu şəxslərə 5 gün istirahət verilib, işləməyəcəklər

Bakıda bu şəxslərə 5 gün istirahət verilib, işləməyəcəklər, Oral Aliyev

Bir sıra dövlət qrumları 5 gün işləməyəcək.

Bakucity.az xəbər verir ki, bu, Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədardır. 

Hökumət Evində fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları tətilə buraxılacaqlar.

İşçilərin tətili aprelin 24-dən 28-nə qədər davam edəcək. Bu müddət ərzində Hökumət Evinə giriş qadağan olunacaq. Artıq dövlət qurumlarının əməkdaşlarına Çərşənbə günündən etibarən işə gəlməməklə bağlı tapşırıq verilib. 

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi aprelin 26-dan 28-nə qədər keçiriləcək. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşir. Qran-pri həmin binanın qarşısından start götürəcək.

Bakucity.az

Bakıda iş günləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər