Paytaxta fəhlənin ölümü ilə nəticələnən hadisə baş verib.
Bakucity.azxəbər verir ki, hadisə Nərimanov rayonu, Mövsüm Sənani küçəsi 63 ünvanında baş verib. Belə ki, həmin ünvanda inşa edilməkdə olan yeni binada çalışan 55 yaşlı Elçin Əliyev iş prosesi zamanı 13-cü mərtəbədən yıxılıb.
Faktla Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda günahkar şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üçün zəruri istintaq tədbirləri həyata keçirilir. (Report.az)
Bakucity.az