Bakıda İt dişləyən uşağın vəziyyəti necədir?

Bakıda İt dişləyən uşağın vəziyyəti necədir?

Üzünü it dişləyən uşağın vəziyyəti haqda açıqlama verilib. 

Bakucity.az xəbər verir ki, Səhiyyə Nazirliyindən uşağın Kilini Tibbi Mərkəzdə palataya köçürüldüyünü bildirilib:

“Vaksinləri vurulub, müalicəsi davam edir. Hazırda vəziyyəti yaxşıdır”, - deyə açıqlamada qeyd edilib. 

Hadisə aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. İt küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib və onun yanaq nahiyəsini dişləyib. 

Bakucity.az 

Üzünü it dişləyən uşaq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər