Paytaxt məktəblərində “Yaşıl məktəb” aksiyası kçeirilib.
Bakucity.az xəbər verir ki, “Yaşıl məktəb” aksiyası çərçivəsində yaşıllıq zolaqları salınıb, ağaclar əkilib.
Aksiyada məktəblərin pedaqoji kollektivi ilə yanaşı məktəblilər də iştirak edib.
Yaşıllaşdırma tədbirləri çərçivəsində ağac əkilməsi ilə yanaşı mövcud yaşıllıqlara aqrotexniki qulluq da göstərilib.
Aksiyanın məqsədi məktəblilər arasında və cəmiyyətdə ekoloji mədəniyyəti yüksəltmək, təbiətə olan qayğı hissini təbliğ etməkdir.
“Yaşıl məktəb” aksiyası çərçivəsində aprel ayının sonunadək BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin ərazisində 3000-dən çox tingin əkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Yaşıl məktəb” aksiyasına Təhsil Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 8-dən start verib.
“Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagirdlərdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdan ibarətdir.
Bakucity.az