Süleyman Ələsgərovun adını daşıyacaq küçənin adı müəyyənləşib.
Bakucity.az xəbər verir ki, bu barədə tanınmış bəstəkarın nəvəsi Tahir İmanov məlumat verib.
O bildirib ki, babasının adını daşıyacaq küçə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının yanında yerləşir:
"Bu gün əmr imzalandı və babamın adına küçə verildi. Bir müddət idi ki, İcra Hakimiyyəti ilə Süleyman Ələsgərovun ailəsi arasında müzakirələr gedirdi. Bu, bir-iki günün söhbəti deyildi. Nəhayət, bu gün əmr imzalandı və Süleyman Ələsgərovun adına küçə verildi”. (azvision.az)
Bakucity.az