İTKA Bakıda iki tarixi abidəni bərpa edəcək

İTKA Bakıda iki tarixi abidəni bərpa edəcək, Oral Aliyev

Mərdəkan qalası və Tuba Şah məscidi bərpa ediləcək.

Bakucity.az xəbər verir ki, Bakıdakı hər iki tarixi abidənin bərpası ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında protokol imzalanıb.

Qeyd edək ki,  Bakının Mərdəkan qəsəbəsində yerləşən bu qala XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də, müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. Tuba Şah məscidi isə 1481-1482-ci illərdə inşa edilib. (oxu.az)

Bakucity.az

Mərdəkan qalası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər