Bakıda 13 yaşlı qız özünü pəncərədən atıb

Bakıda 13 yaşlı qız özünü pəncərədən atıb

Paytaxtda 13 yaşlı yeniyetmə qız intihara cəhd edib.

Bakucity.az xəbər verir ki, hadisə aprelin 21-də akademik Mir Cəlal küçəsi 8 ünvanında baş verib. Belə ki, Məmmədli Ülviyyə Ülvi qızı intihara cəhd edərək 5-ci mərtəbədən özünü atıb.

Xoşbəxtlikdən ağaca ilişən qız sağ qalıb.

Yeniyetmə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır dəyərləndirirlər. . 

İlkin araşdırmada məlum olub ki, Ülviyyə Məmmədli özünü atdığı ünvanda deyil, həmin küçədə yerləşən 24 saylı evdə yaşayır.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Bakucity.az 

Bakıda intihar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər