Melodrama dünyavi bestseller əsasında çəkilib
Bakucity.azxəbər verir ki, 22 apreldə “Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında 2019-cu ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Amerika istehsalı olan “Sonra” filminin nümayişi keçirilib.
Filmi səsləndiriblər Samirə Əfəndi, Əlixan Rəcəbov, Gülnarə Zulalova, Nicat Ələskərov, Rəhim Rəhimov, Vüsal Haci-Qədir, Samir Ələskərov, Şəlalə Şəhvələdqızı, Şəhla Əliqızı, Aytac Məmmədova və Erkin Ergin.
Dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissoru Samir Ələskərov, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağaməlik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.
Filmin rejissoru Cenni Qeycdir.
Film haqqında: Təsadüfi görüş onların həmişəki dünyalarını alt-üst edir. O – ağıllı tələbə və nümunəvi övladdır, o, biri isə - varlı ailədən şeytan kimi cəzb edən üsyankardır. Paralel kainatlarda yaşasaydılar çətin ki, onlar bir-birilərinə baxardılar. Amma bu tanışlıq sevgililərin həyatını əvvəl və sonraya ayıracaq.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.