Bakıda hansı ərazilər söküləcək? - Baş planın 2-ci mərhələsi

Baş plana uyğun gəlməyən və sökülməli olan nə qədər tikili var?

Bakının Baş planın ikinci mərhələsi may ayında hazırlanacaq. Paytaxtın bir çox ərazilərində isə sürüşmə zonaları var. İkinci mərhələdə bu sürüşmə zonalarının, həmçinin Bakıda yeni dövlət obyektlərinin tikintisi, şəhərsalma ilə bağlı digər məsələlərə görə hansı ərazilərdə söküntü işləri aparıla bilər? Şəhərdə olan köhnə binaların təxminən neçə faizi plana düşə bilər?

Bakucity.az bu suallara cavab tapmaq üçün memar Nadir Qasımovdan müsahibə alıb. Materialı oxuculara təqdim edirik.

Nadir Qasımov: “Yenidənqurma işləri şəhərin bütün ərazilərinə lazımdır”

Nadir Qasımovun fikrincə, Bakı qədim tarixə malik, dinamik, sürətli inkişaf etməkdə olan şəhər və eyni zamanda şərqlə qərbin qovuşduğu məkandır: 

"Bu və digər səbəblərdən şəhərin baş planının hazırlanması çətin prosesdir və yenidənqurma işləri paytaxtın hər bir ərazisində aparılmalıdır. Yeni Baş plan hələlik hazır olmadığına görə, şəhərin hansı ərazilərinə necə təsir göstərəcəyini qabaqcadan demək cətindir. Bütün hallarda bu layihənin şəhərin yenidənqurulmasında, formalaşmasında cox müsbət təsiri olacaq. Çünki, sovetlər dönəmində hər şey - bütün yaradıcılıq, quruculuq işləri ictimai mülkiyyət sayılırdı. İctimai mülkiyyət formasının tələblərinə uygun şəkildə də şəhər və rayonların baş planları tərtib olunurdu. Müstəqillik qazandıqdan sonra formalaşan xüsusi mülkiyyət anlayışı dövlətimizin yenidən qurulmasına öz təsirini göstərdi. Ayrı-ayrı korperativlər, kiçik müəssisələr, məhdud məsuliyyətli cəmiyyətlər və s. yarandı. Bu cür təşkilatlar öz iqtisadi və digər maraqlarına uyğun olaraq tikinti quruculuq işləri apararkən müəyyən xaotiklik əmələ gəldi. Mövcud olan köhnə planlar yeni xüsusi mülkiyyətçilik prinsiplərinə uyğun tələblərə cavab vermirdi, eyni zaman da yeni həyat tərzinə, azad bazar iqtisadiyatına cavab verəcək şəhərin inkişafı üçün yeni baş planın hazırlanmasına da zaman lazım idi. Həmin dövrdə fabrik və zavodların bağlanması nəticəsində yaranan iqtisadi böhran, insanların minumum yaşayını təmin etmək üçün qarşıda duran məsələlər bütün digər məsələləri geridə qoyurdu. Yaranmış vəziyyətdən istifadə edən bəzi məmurların köməyi nəticəsində tikinti sahəsində gündən-günə qarışıqlıq yarandı və qarşısında 5-6 maşın dayanmaq imkanı olmayan yerlərdə 10-15 mərtəbəli biznes mərkəzləri, həyətində, hətta yaxınlığında avtomobil saxlamağa yer olmayan ərazilərdə yaşayış kompleksleri, özünə məxsus həyətyanı sahəsi olmayan yaşayış binaları və s. tikildi. Nəticədə bu gün müşahidə etdiyimiz nizamsızlıq və xaotik bir vəziyyət yarandı”. 

Bunu da oxu: Bakıda baş plana uyğun gəlməyən binalar söküləcək? - AÇIQLAMA

Mütəxəssisin fikrincə, bu cür tikintilərin bəzi hallarda ərazinin kamunikasiya xətlərini nəzərə almadan tikilməsi acınacaqlı şərait yaradır:

“Məsələn, bu və ya digər ərazidə inşa olunan tikililərdə yığılan çirkab suların həcmi ərazidə 50/60-cı illərdə quraşdırılmış kanalizasiya xətlərinin ötürücülük qabiliyyətindən dəfələrlə çoxluq təşkil etməsi, su xətlərinin, elektrik xətləri və transformatorlarının gücü və s. məsələlər ziddiyət təşkil edir. Həmin xətlərin yeni tikililərin tələblərinə uyğunlaşdırılması bu gün daha çox diqqət tələb edən məsələlərdir”.   

Paytaxtda olan köhnə binaların təxminən neçə faizi plana düşə bilər?

N. Qasımov bu məsələnin çox həssas və ağrılı olduğunu bildirib. Onun fikrincə, bu gün minimum yaşayış normalarına cavab verməyən, artıq öz istismar müddətini başa vuran gecəqondu tipli yaşayış evləri sökülməli, əvəzində daha müasir, günün tələbinə uyğun tikililər tikilməlidir:

“Söz yox ki, bu cür tikililər həmin əraziyə vaxtı ilə məsul olan səxslərin ya məsuliyyətsizliyindən yaranıb. İndi illər boyu yaranan bu məsələnin həlli, yəni sökülməsi, sakinlərin yerləşdirilməsi və yaxud maddi razilaşma məsələlərı istər iqtisadi, istər sosial-mənəvi baxımdan müəyyən problemlər yaradır. Artıq tikilmiş yeni yaşayış komplekslərinin həyətlərinə baxsaq, orada aparılan dağıdğcılıq işlərinin şahidi oluruq. Son dərəcə sıxlıq olmasına baxmayaraq həmin həyətlərdə avto yuma yerlərinin tikintisinə, sakinlərin istirahəti üçün nəzərdə tutulmuş sahədə avtomobil saxlamaq üçun qarajlar, kompleksin 1-ci mərtəbəsində nəzərdə tutulmuş qeyri-yaşayış yerlərində icarəyə verilmiş obyeklərinin elektrik generatorları üçün qapalı sahələr, 1-ci mərtəbədə icarəyə verilmiş iaşə obyektlərinin mətbəxlərindən tüstü qovucu qurğuları həmin həyətləri yöndəmsiz hala salıb. Sözsüz ki, tikintiyə icazə verilərkən bu işlərin heç biri layihədə qeyd edilməməyib. Bir yandan daha mükəmməl, müasir, dinamik bir şəhərə sahib olmaq üçün müxtəlif tədbirlərə əl atırıq, digər tərəfdən də artıq mövcud olanı qorumaq haqqında nə fikirləşirik, nə də qorunması üçün bir tədbir görürük. İstər ticarət obyektlərinin, istər iaşə obyektlərinin istərsə də yaşayış komplekslərinin ekspertizadan keçdiyi şəkildə tikilməsi, tikilənlərin qorunması və ümumilikdə idarə olunması mexanizmi yaradılmazsa, gələcəkdə yeni baş plan əsasında aparılacaq tikililəri də yuxarıda sadaladığım neqativ hallar gözləyir”. 

Paytaxtdakı universitetlər köçürüləcəkmi?

Paytaxtda yerləşən universitetləin şəhərətrafı ərazilərə köçürülməsi məsələsinə gəlincə, N. Qasımov qeyd edib ki, ali təhsil ocaqlarınin bir hissəsi nəinki şəhərdən kənara çıxarılmalı, hətta onları təyinatları, xüsusiyyətləri üzrə seçərək Azərbaycanın müxtəlif şəhərlırinə köçürmək lazımdır:

“Artıq ölkənin digər şəhərləri də kifayət qədər müasir infrastruktura malikdir. Bu da şərait yaradır ki, həmin şəhərlərdə yüksək səviyyədə təhsil almaq olsun. Bu cür yanaşma Bakı şəhərinin əhəmiyyətli dərəcədə yüklənmədən xilas etmiş olduğu kimi, təhsil ocaqları köçürülmüş şəhərlərin iqtisadiyatına, sosial-mədəni həyatına da öz müsbət təsirini göstərə bilər”. 

Qeyd edək ki, Bakı şəhərinin Baş planını Almaniyanın AS+P şirkəti hazırlayacaq. Bu şirkət 2018-ci ilin sonunda keçirilmiş tenderin qalibi olub. Baş planın 2020-ci ilin sonunadək tam hazırlanıb hökumətə təqdim olunması gözlənilir. Qanunvericiliyə əsasən, Baş plan şəhər daxilində mövcud olan ərazilərdən istifadə normalarını müəyyənləşdirir və növbəti 20 il ərzində bütün strukturların bu müddəalara əməl etməsini nəzərdə tutur.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakıda söküntü işləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
“British Council” Bakı sakinlərini növbəti dəfə Birləşmiş Krallığın film dünyasına dəvət edir. Bakucity.az xəbər verir ki, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və “British Council” nümayəndəliyinin təşkilati dəstəyi ilə “Park Cinema” kinoteatrlar şəbəkəsində “Britaniya kinosunun baharı” adlı beşinci festivala start verilib.  Böyük Britaniyanın ən populyar, həyəcan verici və yeni  filmləri Bakı sakinlərinə təqdim olunacaq. “Britaniya film baharı”nı 2019...
Hadisələr
Silahlı atışmaya görə daha iki nəfər saxlanılıb. Bakucity.az xəbər verir ki, biznesmen oğlu İsa Əzizovla “razborka”da iştirak edən və kriminal aləmə yaxın şəxslər olan Elçin Sadıq və Yasin Əhmədov tutulub. Onlar hadisə yerindən qaçdıqları üçün bir neçə gündür axtarılırdı. Xatırladaq ki, “Ramal” Ticarət Mərkəzinin rəhbəri Nadir Əzizovun oğlu İsa Əzizov həmin “razborka”da qarşı tərəfə “Vinçester” markalı silahdan atəş açıb. Atəş hədəfə dəymədiyi üçün yaralan...
Hadisələr
Sabunçuda qadın naməlum şəraitdə bıçaqlanıb.  Bakucity.az  xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsində baş verib. Belə ki, 1986-ci il təvəllüdlü Həsənova Mahnur Bəxtiyar qızı yaşadığı evdə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Bakucity.az
Hadisələr
Mənzillə bağlı mübahisə dava ilə nəticələnib.  Bakucity.az xəbər verir ki, hadisə Nərimanov rayonu Rufulla Axundov küçəsində yerləşən mənzildə qeydə alınıb.  1966-cı il təvəllüdlü Məhbubə Əkbərova qızı Arzu Əkbərova tərəfindən döyülüb.  Məlum olub ki, M.Əkbərovanın biri qız, bir oğlan olmaqla əkiz övladı var. O, illər öncə itkin düşən əkizlərinin tapılması üçün polisə müraciət edib. 2015-ci ildə axtarış nəticəsində qızı A,Əkbərova tapılıb. M.Əkbərova 2017-...
Mədəniyyət
“Jara”nın “Instagram” hesabında məlumat paylaşılıb. Bakucity.az xəbər verir ki, Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçiriləcək “Jara-2019” beynəlxalq musiqi mərasimində iştirak edəcək Azərbaycan müğənnilərinin adları açıqlanıb. 25-28 iyul tarixlərində keçiriləcək festivalda ötən gecə “Avroviziya-2019”da uğurla ölkəmizi təmsil edib, finala vəsiqə qazanan müğənni Çingiz Mustafayev iştirak edəcək. Qeyd edək ki, “Jara-2019”da Xalq artistləri Aygün...
Hadisələr
Qayda pozuntusunun görüntüləri yayılıb.  Bakucity.az xəbər verir ki, Bakıda yol polisinə məxsus “99-YP-394” dövlət nömrə nişanlı “BMW" markalı avtomobil hərəkətdə olarkən bir neçə yol hərəkəti qaydasını pozub.  Belə ki, YPX avtomobili Badamdar şosesinin Mətbuat prospekti ilə kəsişməsində yerləşən dairədə nişanın tələblərinə məhəl qoymayıb. Daha sonra yol polisi qoşa xəttin tələblərini də kobud şəkildə pozaraq, qarşı yola çıxıb.  Bundan başqa, manevrlər edə...
Mədəniyyət
Bakı küçələrindən biri onun adını daşıyacaq.  Bakucity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun xatirəsini əbədiləşdirmək məqsədilə sərəncam imzalayıb.  Sərəncama əsasən, Bakı şəhər İcra Hakimiyyəti Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin edəcək.  Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adı veriləcək.  Mədəniyyət Nazirliyi Bakı şəhər İc...
Hadisələr
Qaradağ rayonunda avtomobildən silah-sursat aşkarlanıb. Bakucity.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinə Ucar rayon sakini P.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobildə silah-sursat olduğu haqda məlumat daxil olub. Daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticəsində avtomobildən “Mİ 1911 Aİ Asak” markalı tapança, 1 ədəd patron darağı, 10 ədəd patron, 2 ədəd bıçaq və 1 ədəd balta aşkar edilərək götürülüb. Fakt...
Ekologiya
Paytaxtda sabaha olan hava proqnozu açıqlanıb. Bakucity.az xəbər verir ki, Bakı və Abşeron yarımadasında mayın 18-də hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 16-19, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.   Bakucity.az