Bakıda müəllim və valideynlərin müraciətləri dinləniləcək

Bakıda müəllim və valideynlərin müraciətləri dinləniləcək

Aprelin 26-da müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bakucity.az xəbər verir ki, paytaxtın Nizami və Nərimanov rayonları üzrə səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi ilə bağlıdır. Qəbulda müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq müzakirə ediləcək. 

Bunu da oxu: Bakıda uşaq bağçalarına ciddi xəbərdarlıq edilib

Bakıdakı 45 nömrəli tam orta məktəbdə (Ünvan: F.Xoyski küçəsi 117) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.

Bakucity.az 

Məktəblərdə səyyar qəbul
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər