Bakıda rəqs etməyi harada və neçəyə öyrənə bilərsiniz? - Araşdırma

Rəqs etmək arıqlamağa, bədənin formada qalmasına kömək edir.

İnsanlar gözəl musiqi sədaları altında hər yerdə rəqs edə bilirlər. Bəziləri sadəcə özləri üçün, necə bacarırlarsa elə oynayırlar, digərləri isə öyrənmək üçün rəqs məktəblərinə üz tuturlar. 

Bakucity.az oxucular üçün Bakıda rəqs məktəblərini və rəqs üslublarını seçərkən nələrə diqqət etməli olduqları haqda vacib məqamları  araşdırıb

Məşqçi: "Rəqs dərslərinə xarici vətəndaşlar daha çox gəlir"

Araşdırma üçün biz ilk öncə “Ilham Osmanov Dance and Art Studio” rəqs məktəbinin direktoru, Latın Amerikası rəqsləri üzrə dəfələrlə Azərbaycan çempionu, müxtəlif beynəlxalq yarışlarda, həmçinin Dünya və Avropa çempionatlarında ölkəmizi təmsil etmiş, Bakıda ilk tanqo məktəbinin - “I N - Tango Baku” yaradıcısı İlham Osmanova müraciət etdik. 

İlham Osmanovun sözlərinə görə, dərslər həm fərdi, həm də qrup şəklində təşkil olunur:

“Bizdə hətta ayrı-ayrı, yalnız əcnəbilərin məşğul olduğu qruplar da olur. Standart olaraq 3 dildə dərslər keçirik, amma onlara ayrıca qrupda məşq etmək daha rahat olur. Ümumilikdə, rəqslə qızlar daha çox maraqlanır, oğlanlar isə azdır. Əminəm ki, əksər kişilər rəqsi “kişi işi” hesab etmir. Ancaq kişilər də rəqsi öyrənməli və rəqs zamanı qadınları idarə etməlidirlər. Sadəcə müəyyən etməlidirlər ki, onlara hansı rəqs növü daha yaxındır. Hip-hop, breakdance, tanqo və ya Latın Amerika rəqsini seçə bilərlər. Yaxşı olardı ki, hamısını bacarsınlar”. 

İlham Osmanov əlavə etdi ki, gənclər müxtəlif rəqs növləri ilə maraqlıdırlar, Latın Amerikası rəqslərini isə daha çox sevirlər:

“Son bir neçə ildə tanqoya xüsusi maraq yaranıb və bu maraq sadəcə gənclərə aid deyil.  Latın Amerikası rəqsləri üzrə həvəskarlar üçün tez-tez kiçik yarışlar keçiririk. Tanqoya aid olan hər şey həftəlik təşkil olunan “Milonga” tanqo axşamlarında təqdim olunur və insanların diqqətini çəkir. Bütün bunlar da Bakıda rəqs mədəniyyətinin formalaşmasına xidmət edir".

Həftənin günləriSaatRəqsin növü Məşq vaxtı
Bazar ertəsi, Cümə axşamı, Şənbə19:00,Argentina tanqosu 1 saat yarım
Çərşənbə, Şənbə19:00, 18:00Latın Amerikası rəqsləri 1 saat

Bunu da oxu: Amerikanın bu filmi Bakıda Azərbaycan dilində göstərilir - FOTO / VİDEO

“Baila Dance” məktəbinin yaradıcıları Samirə Fərəcova və Emin Məmmədov qeyd ediblər ki, onlarda salsa üzrə müəllif metodikası və şəhərdə yeganə musiqi alətləri kolleksiyası (salsa musiqisi) var:

“Bizim dərslər sadəcə hərəkətlərdən ibarət deyil, elmi məlumatlara, fiziologiyaya, idman nöqtələrinə əsaslanaraq hər şeyi ətraflı izah edirik. Həmçinin, tez-tez festivallara gedirik. Bu yaxınlarda Moskvadan dönmüşük. Orada çox yaxşı bir müəllimin 2 günlük master-klassı var idi. Bu şəkildə dünya təcrübəsini toplayıb öz metodikamıza əlavə etməyi üstün hesab edirik. Bu yolla da rəqsə yeni gələnləri yüksək rəqqas səviyyəsinə çatdıra bilirik. Təbii ki, qarşılıqlı istək varsa... Musiqi alətlərinə gəlincə, biz onların hər birini ifa etməyi bacarırıq və musiqi duyumu ilə bağlı hər şeyi xırdalığına qədər tələbələrə izah edirik. Fikrimizcə, hər bir tələbəmizin musiqi anlayışı olmalıdır. Biz bütün bu bilikləri çatdırmağa çalışırıq. Sadəcə başa düşmək – bu hərəkət nə üçündür, niyə məhs bu cür rəqs edilir və rəqsdə mükəmməl olmaq üçün daha nə etmək olar deyə düşünmək, hərəkətləri davamlı təkrarlamaq lazımdır. Qeyd edək ki, bizdə ilk dərs ödənişsizdir və bunun üçün (https://bit.ly/2uRpMfM) qeydiyyatdan keçmək lazımdır”. 

“Legend” məktəbinin təsisçisi, 2013/2015 müasir şou və rəqs üzrə ölkə çempionu Eqor Anisimovun isə maraqlı fikir var: “Hesab edirəm ki, hər bir insanın gözəl rəqs etməsi üçün həm estetikası, həm də sağlamlığı olmalıdır”.

Eqor Anisimovun fikrincə, qızların çoxu hip-hopu seçir:

“Məktəbimizdə gənclər arasında çox böyük populyarlığa malik olan hip-hop, k-pop, çerlidinq, şaffl (əsas xüsusiyyət, bəlkə də, rəqsdə sürüşmə addımlarıdır, bu da yer üzündə yuxarı qalxaraq rəqs edən bir illüziya yaradır), kimi rəqs növləri öyrədilir. Tələbələrim arasında 2015-1019 Bakı çempionu, 2015-2019 Azərbaycan çempionu, 2017 Gürcüstan çempionu var və müxtəlif müsabiqələrdən təxminən 45 diplom qazanıblar. Mən onlarla fəxr edirəm”.

Tədris üsullarına gəlincə, o, bu barədə danışmaq istəmədi: “Hər kəsin öz sirri olur”, deyə fikrini tamamladı.

Rəqs məktəbləri və rəqs növləriQiymətlər
“Ilham Osmanov Dance and Art Studio”
Tanqo40-60 AZN
Latın amerikası rəqsləri40-60 AZN
“Baila Dance” 
Salsa60 AZN
Baçata50 AZN
“Legend Dance school”
Hip-hop40 AZN
K-hop40 AZN
Çerlidinq40 AZN
Şaffıl40 AZN
“Nero Dance” 
Jazz Dance50 AZN
Club Dance50 AZN
Street Dance50 AZn
“Grifon Dance Studio"
Milli rəqs 30 AZN
Oriental30 AZN
Hip-hop30 AZN
Müasir rəqs 30 AZN

Nərminə Vahabova

Bakucity.az

Bakıda rəqs məktəbi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
155 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
16 yaşı var Bakının Sabunçu rayonunda 16 yaşlı yeniyetmə itkin düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, noyabrın 13-də saat 12 radələrində Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində yaşayan 2003-cü il təvəllüdlü V.Kərimov yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.  Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hadisələr
Bir-birilərini təhqir ediblər Bakıda bəzi avtobus xətlərində sürücülərin özbaşınalıq hallarına tez-tez rast gəlinir. BakuCity.az News24.az-a istinadən məlumat verir ki, bir neçə gün əvvəl “Koroğlu” metro stansiyasından Maştağa-Buzovna qəsəbələri istiqamətinə hərəkət edən 107 saylı avtobusda baş verən hadisə isə bütün sərhədləri aşıb. Belə ki, avtobus Zabrat qəsəbəsində hərəkət edərkən sürücü ilə sərnişinlərdən biri arasında narazılıq yaranıb və onlar mübah...
Cəmiyyət
Jalüz və plyonkadan istifadəyə görə sürücülər cərimələnmir "Nəqliyyat vasitələrinin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülmür". BakuCity.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev "Report"a deyib. "Hazırda qeyd olunan standartlarla bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişiliklərin edilməsi məsələsi aidiyyəti quru...
Mədəniyyət
Moda həvəskarları bir araya gəldi  Noyabrın 15-də Bakı Biznes Mərkəzində “Baku Fashion Expo 2019”un açılışı olub. BakuCity.az-ın məlumatına görə, tədbir Azərbaycan Dəb Dizaynerləri Assosiasiyası (AFDA) tərəfindən “Non Stop Creative Agency”, “Baku Business Center” və “Lenovo”nun dəstəyi ilə baş tutdu və Yoga, YAR, Dastan, Phobia VR və A sinif moda məktəbinin yeni modelləri təqdim olunub. Yeni eksperimental moda layihəsində Fəxriyyə Xələfova, Səbinə Zulalova...
Mədəniyyət
“Ey gözəl Bakı, xoş gəlmişəm” Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz Azərbaycandadır. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, dünən Bakıya təşrif buyurub.  Stendap ulduzu qaldığı hoteldən “Azneft” meydanının görüntülərini çəkərək "İnstaqram" səhifəsində paylaşıb. O, videoya “Ey gözəl Bakı, xoş gəlmişəm”, - şərhini yazıb. Xatırladaq ki, C.Yılmaz bu gün və sabah Bakı Konqres Mərkəzinin səhnəsində çıxış edəcək. BakuCity.az
Cəmiyyət
Bakıda gün ərzində 2,2 milyon sərnişin daşınır Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın daha 19 küçə və prospektində avtobus zolaqların təşkil edilməsi ilə bağlı layihə hazırlayıb və aidiyyəti qurumlara göndərib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, bunu "AFTO FM" radiosunun efirində Agentliyin Nəqliyyat axınının idarə olunması və təhlili şöbəsinin müdiri Tərlan Səfərov bildirib. O qeyd edib ki, məqsəd avtobusların daha rahat hərəkətini təmin et...
Hadisələr
Bakıda ağır yol qəzası olub Bakıda “Mitsubishi” beton plitəyə çırpılıb. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Suraxanı rayonunda “Mitsubishi” markalı minik avtomobili yol kənarındakı beton plitəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1968-ci il təvəllüdlü Dadaşova Tacirə Fəxrəddin qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə...
Hadisələr
Sakinlər təxliyə edilib Bakıda 9 mərtəbəli binada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin oxu: Bakıda 18 mərtəbəli binada yanğın: xəsarət alanlar var - FOTO + VİDEO Mən...
Mədəniyyət
Yumorist tanınmış ifaçıları parodiya edib Noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənni Maksim Qalkinin yaradıcılıq axşamı olub. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yaradıcılıq axşamına tamaşa ediblər. Maksim Qalkin Azərbaycan tamaşaçılarının qarşısına gözəl əhval-ruhiyyə yaradan mahn...