Bakının bu rayonlarında ictimai nəqliyyat problemi aradan qaldırıldı

 Bakının bu rayonlarında ictimai nəqliyyat problemi aradan qaldırıldı

Bu barədə BNA-dan bildirilib 

Bakucity.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin həyata keçirdiyi tədbirlər nəticəsində paytaxtın Səbail və Qaradağ rayonlarında (cənub istiqamətində), o cümlədən də Lökbatan, Bibiheybət, Bayıl və 20-ci sahə adlanan ərazidə yaranan ictimai nəqliyyat problemi aradan qaldırılıb.

ilk növbədə, Lökbatan-Funikulyor Bəhram Gur heykəli istiqamətində 5A adı altında müvəqqəti müntəzəm marşrut xətti təşkil edilib. Həmçinin, 5A xətt üzrə avtobusların maneəsiz hərəkəti üçün Mikayıl Useynov prospektində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılıb.

Qeyd olunan hissədə hərəkət yalnız müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar üçün açılıb. 

Yeni təşkil edilən 5A müntəzəm marşrut xətti üzrə 30 qəpik müəyyən edilib. (Report)

Bakucity.az

yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər