“Renault” Bakı yürüşləri üçün yenilik edəcək

“Renault” Bakı yürüşləri üçün yenilik edəcək, Oral Aliyev

R.S.19 bolidinə Bakıda ediləcək əsas dəyişikliklər açıqlanıb.

Bakucity.az xəbər verir ki, “Renault” komandasının şassi üzrə texniki direktoru Nik Çester bu barədə açıqlama verib. O qeyd edib ki, Pilotlar Niko və Daniel yüksək səviyyəli yürüşçülərdir, maşın isə pelotonun orta qrupunda irəlidə getmək üçün hazırda kifayət qədər tempə malikdir:

"Biz bunu qarşıdakı bir neçə yürüşlərdə də nümayiş etdirmək istəyirik. Daniel Şanxayda bizim maşında etdiyimiz balans və dəyişikliklərdən razı qalıb. Onlar əyləcdən istifadə və asma hissənin işləməsi zamanı ona kömək edib. Biz Çində irəliyə doğru addım atmışıq, lakin irəlidə görüləsi çox işimiz var.

Bunu da oxu: Bakıda keçiriləcək "Formula 1"-in proqramı açıqlandı

R.S.19 bolidinin Bakıda əsas dəyişiklikləri yeni ön və arxa antiqanadların olduğu orta sıxma gücü səviyyəsi ilə aerodinamik paket, həmçinin yan pontonların zonasında kiçik yenilənmədir”. (AzərTac)

Bakucity.az

Formula 1
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər