Bakıda işıqforun işləməməsi ağır qəzaya səbəb olub

Paytaxtda altı nəfərin xəsarət aldığı yol qəzası baş verib.

Bakucity.az xəbər verir ki, hadisə Nizami rayonu, Babək prospekti 94 ünvanında qeydə alınıb. Belə ki, “Lada Priora” və “Mercedes” markalı avtomobillər toqquşub.

Yaralılar dərhal 1 və 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində “Lada”nın sürücüsü, 1986-cı il təvəllüdlü Nəsibov Kamran Cavad oğlu və sərnişinlər - 1979-cu il təvəüllüdlü Anatorseva Yuliya və 1996-cı il təvəllüdlü Filfilovna Valentine Vitalyevna yaralanıb.

Qəzada iştirak edən “Mercedes” markalı avtomobilin sürücüsü - 1990-cı il təvəllüdlü Səfərov Əziz Habil oğlu və sərnişinlər - 1991-ci il təvəllüdlü Əliyev Əkbər Kitabulla oğlu və Elmar adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İlkin məlumata görə, hadisəyə ərazidə yeni quraşdırılan işıqforların işləməməsi və yüksək sürət səbəb olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. (Oxu.az)

Bakucity.az 

Bakıda yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
32 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
229 avtobusun hərəkət sxemi normallaşıb Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti asanlaşıb. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, qanunsuz parklanmaya qarşı aparılan tədbirlər sayəsində paytaxtın Fikrət Əmirov küçəsində (“28 May” metro stansiyasının yaxınlığı) nəqliyyat şəraiti yaxşılaşdırılıb. Əvvəllər qeyd edilən ərazidə nəqliyyatın sıxlığını artıran, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillər aradan qald...
Cəmiyyət
Polis qızı axtarır Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb. BakuCity.az "Report”a istinadən xəbər verir ki, hadisə noyabrın 13-də paytaxtın Nərimanov rayon ərazisində baş verib. Belə ki, Zərdab rayon sakini, 2003-cü il təvəllüdlü, 10-cu sinif şagirdi Ayşə Vəlizadə Xətai rayon ərazisində yerləşən uşaq evindən şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Nərimaov rayon ərazisində yaşayan rəfiqəsinin evinə gedib. O, gecəni orada qalıb. Səhər saat 7...
Cəmiyyət
Türkan qəsəbəsində sakinlərlə səyyar görüş keçirilib Ölkə başçısının tapşiriğına əsasən  Xəzər rayonu Türkan qəsəbəsində  sakinlərlə səyyar görüş keçirilib. Bakı Şəhər İcra Hakimiyyətindən BakuCity.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq paytaxt rayonlarının başçıları Bakı şəhərinin qəsəbələrində sakinlərin   problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə görüşlər keçirirlər.  Görüşlər çərçivəsində Xəzər...
Cəmiyyət
İllik ödəniş orta hesabla 2000 ABŞ dollarıdır Azərbaycan təhsilindən yalnız ölkə vətəndaşları deyil, həm də digər dövlətlərin vətəndaşları yararlanırlar. Həmçinin Azərbaycanda təhsil alan əcnəbi tələbələrə dövlət səviyyəsində diqqət göstərilir. Maraqlıdır, Bakıda təhsil almaq xarici vətəndaşlara neçəyə başa gəlir? Onlar bu təhsildən xüsusi olaraq nə qazanırlar? BakuCity.az-ın bu və digər suallarını təhsil üzrə ekspert Kamran Əsədov cavablandırıb.  “Sinqapu...
Cəmiyyət
Bina əvvəlki görünüşünə qaytarılacaq Məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evi təmir olunur. BakuCity.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən təmir-bərpa işlərinə artıq bir müddətdir start verilib. Hazırda davam edən təmir işləri zamanı istilik və elektrik xətləri çəkilir, evin daxili divarlarının üzlüyü, fasadı və dam örtüyü bərpa olunur. T...
Siyasət
Deportasiya əməliyyatları davam etdiriləcək Bu gecə Almaniyadan təyyarə ilə 140 nəfər mühacir Bakıya yola salınıb. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb. Onların artıq Bakıya çatdıqları bildirilir. Yayılan məlumatlara əsasən, deportasiya olunanları hüquq-mühafizə orqanlarının əməkdaşları qarşılayıb, sorğu-sual edərək buraxıblar. Almaniyada deportasiya əməliyyatlarının davam etdiriləcəyi qey...
Hadisələr
Evə buraxılıblar Bakıda gecə saatlarında 18 mərtəbəli binada yanğın baş verib. Səhiyyə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib: "5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar". Həmçinin oxu: Bakıda 18 mərtəbəli binada yanğın: xəsarət alan...
Hadisələr
6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb Bakıda gecə saatlarında 18 mərtəbəli binanın damında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb. Yanğının söndürülməsinə 2-ci dərəcəli çağırış elan olunub. 15 yanğınsöndürən maşın və 60-dan çox şəxsi heyət cəlb olunub. Yanğın Dövlət Yanğından Mü...
Cəmiyyət
"Biz də çörək pulu üçün çıxmışıq" Ən azı bir dəfə də olsun Koroğlu metro stansiyasının qarşısındamn keçməli olmusunuzsa demək ki, vəziyyətdən siz də xəbərdarsız. Sıxlıq və xaos...  Problemi Baku.tv araşdırıb. Uzun müddətdir ki, Bakıda “Koroğlu” deyilən kabus hökm sürür. Söhbət metronun “Koroğlu” stansiyasının ətrafında yaşanan bərbad vəziyyətdən gedir. Hər gün işə “Koroğlu” metro stansiyasının önündən gedib gələn insanların bir ümumi arzusu var. Nə vaxtsa,...