Bakı sakinlərinə pulsuz parklanma talonu veriləcək

3 il müddətinə pulsuz parklanma talonu veriləcək

Bakucity.az  xəbər verir ki, sözügedən talonlar paytaxtda yolların kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçilərinə veriləcək. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi qaydası”nda əksini tapıb.

Sənədə əsasən, yerli icra hakimiyyəti orqanları və Bakı Nəqliyyat Agentliyi (Bakı şəhərinin inzibati ərazisində) fərdi parklanma talonlarının uçotunu aparır. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara fərdi parklanma talonu (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) verilir. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılır.

Fərdi parklanma talonu almaq üçün müraciət etmiş minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir. Fərdi parklanma talonu almaq istəyən şəxs yerli icra hakimiyyəti orqanına şəxsən və ya internet şəbəkəsi vasitəsilə elektron formada müraciət edə bilər. Nəqliyyat vasitələrinin istifadəçilərinə fərdi parklanma talonunun verilməsi üçün ödəniş tələb olunmur. Fərdi parklanma talonu zədələndikdə və ya itirildikdə, nəqliyyat vasitələrinin istifadəçiləri tərəfindən təkrar müraciət edilir və onlara fərdi parklanma talonunun dublikatı verilir.

Bu hallarda fərdi parklanma talonu öz qüvvəsini itirir:

1. nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə,

2. fərdi parklanma talonunun verildiyi şəxsin yaşayış yeri dəyişdikdə,

3. fərdi parklanma talonunun qüvvədəolma müddəti bitdikdə.

Nəqliyyat vasitəsi şəxsin mülkiyyətində olduqda, ona verilən fərdi parklanma talonunun qüvvədəolma müddəti 3 ildir. Nəqliyyat vasitələri icarə və ya digər əşya hüquqlarına dair müqavilə, eləcə də etibarnamə əsasında istifadə edildikdə, nəqliyyat vasitələrinin istifadəçilərinə fərdi parklanma talonları həmin sənədlərin qüvvədəolma müddətinədək verilir (3 ildən çox olmamaqla). Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar yerli icra hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülür. Fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar. Fərdi parklanma talonu verilmiş şəxslərə nəqliyyat vasitələrinin onlar üçün ayrılmış parklanma yerlərində saxlanılmasına görə müddət məhdudiyyəti nəzərdə tutulmur. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerdə qoyulmalıdır. (Report)

Bakucity.az 

Bakı sakinləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
28 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
İllik ödəniş orta hesabla 2000 ABŞ dollarıdır Azərbaycan təhsilindən yalnız ölkə vətəndaşları deyil, həm də digər dövlətlərin vətəndaşları yararlanırlar. Həmçinin Azərbaycanda təhsil alan əcnəbi tələbələrə dövlət səviyyəsində diqqət göstərilir. Maraqlıdır, Bakıda təhsil almaq xarici vətəndaşlara neçəyə başa gəlir? Onlar bu təhsildən xüsusi olaraq nə qazanırlar? BakuCity.az-ın bu və digər suallarını təhsil üzrə ekspert Kamran Əsədov cavablandırıb.  “Sinqapu...
Cəmiyyət
Bina əvvəlki görünüşünə qaytarılacaq Məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evi təmir olunur. BakuCity.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən təmir-bərpa işlərinə artıq bir müddətdir start verilib. Hazırda davam edən təmir işləri zamanı istilik və elektrik xətləri çəkilir, evin daxili divarlarının üzlüyü, fasadı və dam örtüyü bərpa olunur. T...
Siyasət
Deportasiya əməliyyatları davam etdiriləcək Bu gecə Almaniyadan təyyarə ilə 140 nəfər mühacir Bakıya yola salınıb. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə informasiya sosial şəbəkələrdə yayılıb. Onların artıq Bakıya çatdıqları bildirilir. Yayılan məlumatlara əsasən, deportasiya olunanları hüquq-mühafizə orqanlarının əməkdaşları qarşılayıb, sorğu-sual edərək buraxıblar. Almaniyada deportasiya əməliyyatlarının davam etdiriləcəyi qey...
Hadisələr
Evə buraxılıblar Bakıda gecə saatlarında 18 mərtəbəli binada yanğın baş verib. Səhiyyə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib: "5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar". Həmçinin oxu: Bakıda 18 mərtəbəli binada yanğın: xəsarət alan...
Hadisələr
6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb Bakıda gecə saatlarında 18 mərtəbəli binanın damında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb. Yanğının söndürülməsinə 2-ci dərəcəli çağırış elan olunub. 15 yanğınsöndürən maşın və 60-dan çox şəxsi heyət cəlb olunub. Yanğın Dövlət Yanğından Mü...
Cəmiyyət
"Biz də çörək pulu üçün çıxmışıq" Ən azı bir dəfə də olsun Koroğlu metro stansiyasının qarşısındamn keçməli olmusunuzsa demək ki, vəziyyətdən siz də xəbərdarsız. Sıxlıq və xaos...  Problemi Baku.tv araşdırıb. Uzun müddətdir ki, Bakıda “Koroğlu” deyilən kabus hökm sürür. Söhbət metronun “Koroğlu” stansiyasının ətrafında yaşanan bərbad vəziyyətdən gedir. Hər gün işə “Koroğlu” metro stansiyasının önündən gedib gələn insanların bir ümumi arzusu var. Nə vaxtsa,...
İdman
Qvineya millisində də oynayıb "Neftçi” PFK baxışa yeni futbolçu dəvət edib. BakuCity.az paytaxt klubunun saytına istinadən məlumat verir ki, bu, qvineyalı Yamussa Kamaradır. 19 yaşlı Y.Kamara hücumameylli yarımmüdafiəçidir. Vətənində "Seynt Marie” akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea” (2016-2017), "Satellit” (2017-2018) və "Kalum Star” (2018-2019) klublarında çıxış etmiş futbolçu bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını...
Cəmiyyət
Qız uşağı dünyaya gətirib Bakı şəhəri, Xəzər rayonunda 14 yaşlı qız doğuş edib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, doğuş iyul ayında olsa da, bu barədə fakt hüquq-mühafizə orqanlarına noyabrda məlum olub. Məlumata görə, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər xəstəxanasında 2005-ci il təvəllüdlü T.T. doğuş edib. O, qız uşağı dünyaya gətirib. Faktla bağlı araşdırmalara başlanılıb. Qeyd edək ki, Azərbaycanda nikah yaşı 18 yaş müəy...
Hadisələr
Başı telefona qarışıb Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə aeroport şosesində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan taksi sürücüsü qəfil qarşıda gedən avtobusa arxadan çırpılır. Ardınca idarəetməni itirərək sağ tərəfdəki dəmir arakəsmələrə dəyir. Avtomobil bütün yol boyu sürüşərək digər istiqamətdəki dəmir arakəsməyə dəydikdən sonra dayanır. Hadisə nəticəsində taksi sürücüsü xə...