Şagirdlərə aprelin 30-na qədər istirahət verilib.
Bakucity.az xəbər verir ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə dərslər dayandırılıb. Bu barədə məktəbdən bildirilib:
"Yolların bağlanılması ilə əlaqədar olaraq, artıq aprelin 22-dən şagirdlərin dərsə gəlməsində məhdudiyyətlər yaranıb. Aprelin 30-na qədər yolların bağlı olması səbəbindən şagirdlər məktəbə gəlməkdə çətinlik çəkirlər deyə dərslərdə iştirak edə bilməyəcəklər. Amma onların bu müddət ərzində keçmədikləri dərslər mayın əvvəlindən hissə-hissə tədris olunacaq. Müəllimlər isə hər gün işə gəlirlər”.
132-134 nömrəli təhsil kompleksindən isə bildirilib ki, məktəbin binası Yarışların hərəkət sxeminə aid olan küçədə yerləşməsinə baxmayaraq, dərslər dayandırılmayıb:
"Hətta aprelin 26-sı saat 13:00-dək şagirdlərin dərsə gəlmələri üçün valideynlərə müraciət edilib”.
Qeyd edək ki, "Formula 1” üzrə Azərbaycan Qran-prisi 26-28 apreldə keçiriləcək. (Azxəbər.com)
Bakucity.az