Dünya şöhrətli ulduz Sem Smit Bakıya gəlməyəcək.
Bakucity.az xəbər verir ki, onun “Formula-1” Qran-Pri yarışları çərçivəsində Bakıda konsert proqramı ilə çıxış etməsi planlaşdırılırdı.
“Sem Smitin şənbə günü Bakıda keçirilməsi planlaşdırılan konserti bizdən asılı olmayan səbəblərdən baş tutmayacaq.
Ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından Sem həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub.
Ümid edirik ki, Sem tez bir zamanda səhhəti ilə bağlı problemləri aradan qaldıracaq və yaxın gələcəkdə onu Bakıda qonaq edəcəyik”, - deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) açıqlamasında bildirilib.
Bakucity.az