Bakıda "Multizavrlar" uşaqları xeyli əyləndirib - FOTO

Bakıda "Multizavrlar" uşaqları xeyli əyləndirib - FOTO

"Multizavrlar" tamaşası böyük maraq və izdihamla qarşılanıb.

Bakucity.az xəbər verir ki, aprelin 20-də Akademik Milli Dram Teatrında "MGM Production" şirkətinin təşkilatçılığı ilə baş tutan  tamaşa uşaqları və hətta valideynləri də çox təəccübləndirib və xeyli əyləndirib. 

Moskvanın "МУЛЬТИЗАВРЫ. ТАИНСТВЕННЫЙ ОСТРОВ" adlı lisenziyalı multimediyalı tamaşasında bütün qonaqlara xüsusi interaktiv qolbaqlar paylanılıb. Uşaqlar və valideynlər tamaşa boyu bir-birindən maraqlı missiyalarda iştirak edib və tamaşanın bilavasitə baş qəhrəmanlarına çevriliblər.

Tamaşadan sonra isə şirkət tərəfindən təşkil olunan xüsusi foto-zonalarda tamaşaçılar pulsuz fotosessiyadan yararlanıblar. 

Qeyd edək ki, fotosessiyadan olab şəkillər bir neçə gün ərzinda şirkətin rəsmi Facebook səhifəsində paylaşılacaq: https://www.facebook.com/Admin.MGM.PRO

Xatırladaq ki, "MGM Production" hazırda növbəti tamaşasına hazırlaşır. Belə ki, mayın 18-i uşaqların sevimli ailəsi olan Barboskinlər Bakıda qonaq olacaqlar. Onlar Akademik Milli Dram Teatrında "Barboskinlər və ya kitab rəfinin sirri" tamaşası ilə çıxış edəcəklər.

Barboskinlərlə pulsuz fotosessiya isə mayın 17-si saat 18:00 - 21:00 arası Park Bulvarda olacaq.

Bakucity.az 

Bakıda maraqlı tamaşa
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər