15:53, 24 aprel 2019

Bakıda bu yollarda təmir işləri aprılır

Bakıda bu yollarda təmir işləri aprılır

Sabunçu rayonunda genişmiqyaslı təmir-tikinti işləri aparılır.

Bakucity.az xəbər verir ki, Bakıxanov qəsəbəsi General Səmədbəy Mehmandarov prospekti üzrə mərkəzi yol yenidən qurulur.

Ramana qəsəbəsinin Elşən Məhərrəmli küçəsinin 27 min kv.m sahəsində təmir-bərpa işləri görülür. “Savalan” yaşayış massivinin də yollarının vəziyyəti qənaətbəxş olmadığı üçün, üstəlik torpaq əsaslı və çınqıl örtüklü olduğu üçün burda da təxirəsalınmaz tədbirlərə start verilib. 

Yaxın müddət ərzində isə Sabunçu rayonu, Maştağa qəsəbəsində Mirəli Mirəliyev, Sabunçu qəsəbəsində İlyas Aslanov və Zabrat qəsəbəsində Qazi Məmməd küçələrində də təmir-tikinti işlərinə start veriləcək.

Bakucity.az

#Sabunçu rayonunda təmir işləri

Şərhlər

Elan
live comments feed...