Bakı Neft Emalı Zavodu oktyabrda təmir ediləcək

Bakı Neft Emalı Zavodu oktyabrda təmir ediləcək, Oral Aliyev

Paytaxta daha bir zavod təmir ediləcək.

Bakucity.az xəbər verir ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu bu ilin oktyabr ayında təmirə dayandırılacaq. Bunu jurnalistlərə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə bildirib:

"İllik planlaşdırılmış təmir işləri Neft Emalı Zavodu ilə yanaşı, "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda da həyata keçiriləcək. Neft Emalı Zavodunda istehsal 1 ay müddətində dayandırılacaq".

Zavodda istehsal olunan və ölkədaxili tələbata yönəldilən Aİ 92 markalı benzinin təmir müddətində idxalına gəlincə isə SOCAR rəsmisi idxalın tələbatdan asılı olacağını qeyd edib.

Bakucity.az 

Bakı Neft Emalı Zavodu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər