Bakıda VI Xəzər Texniki Konfransı keçiriləcək

Bakıda VI Xəzər Texniki Konfransı keçiriləcək, Oral Aliyev

Konfransın təşkilatçısı Azərbaycan Dövlət Neft Şirkətidir.

Bakucity.az xəbər verir ki, aktyabrın 16-18-də Neft Mühəndisləri Cəmiyyəti (Society of Petroleum Engineers - SPE) Bakıda VI Xəzər Texniki Konfransının mövzusu “Rəqəmsal transformasiya: Gələcək üçün imkanların yaradılması” olacaq və Xəzər regionu və bütün dünyada neft-qaz sənayesində baş verən dəyişikliklərə regional və dünya sənayesinin mütəxəssisləri tərəfindən təqdim edilən təcrübə və praktiki qərarlar prizmasından baxacaq.

Beynəlxalq və milli neft şirkətlərinin neft-qaz sənayesi mütəxəssislərini, hökumət nümayəndələrini, tənzimləyiciləri, innovator və tələbələri bir araya yığaraq, VI Xəzər Texniki Konfransı çoxplanlı texniki proqram çərçivəsində diskusiyalar və müzakirələr aparmağa imkan yaradacaq. Bundan başqa, nümayəndələr yeni peşəkar əlaqələr. Yeni texnologiyalar və sahə ideyaları ilə tanışlıqların qurulması, müzakirələrin aparılması və təcrübə mübadiləsi imkanları əldə edəcəklər.

Konfrans 3 əsas yüksəksəviyyəli panel sessiyalarından ibarət olacaq: “Keçmiş, bu gün və gələcək”, “Dayanıqlı inkişaf, artım və gəlir”, həmçinin “İstedad və yeni nəslin insan faktorları”. Bundan başqa, konfransda qazma və yekunlaşdırma, çənlərin quruluşu və dinamikası, avadanlıq, mühəndislik və layihələr, sağlamlıq, təhlükəsizlik, ətraf mühit və sosial məsuliyyət, istehsalat və əməliyyatlar, həmçinin idarəetmə və informasiya kimi bir sıra texniki sessiyalar keçiriləcək.

Bakıda keçiriləcək VI Xəzər Texniki Konfransına Xəzər regionunun neft-qaz sənayesinin aparıcı oyunçuları, həmçinin “Total”, “Tengizchevroil”, “Schlumberger”, “Halliburton” və “Baker Hughes” kimi bir sıra şirkətlər dəstək verir. Bundan başqa, SPE digər neft-qaz assosiasiyaları ilə əməkdaşlıq siyasətinin davam etdirir və Amerika Neft Geoloqları Assosiasiyası (AAPG), Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti (ANGC), Kəşfiyyatçı-Geofiziklər Cəmiyyəti (SEG) və Azərbaycan Milli Geofizika Komitəsi (AMGK) ilə də əməkdaşlıq edir.

Qeyd edək ki, Bakıda keçiriləcək VI Xəzər Texniki Konfransının əsas media tərəfdaşı “Report” İnformasiya Agentliyidir. 

Bakucity.az

Azərbaycan Dövlət Neft Şirkəti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər