Bakı otellərində 2 nəfərlik qonaqlama neçəyədir?
“Formula 1” Azərbaycan Qran Prisi 2019-un keçirildiyi günlərdə paytaxtın əksər otellərində qiymətlər bahalaşıb.
Bakucity.az saytı paytaxtın qonaqları və şəhər sakinlərinin marağını nəzərə alaraq mövzu ilə əlaqədar bir sıra otellərdə 2 nəfərlik otaqların 1 günlük qonaqlama qiymətini, həmçinin həmin qiymətə daxil olan xidmətləri araşdırıb.
Otel | Otaq | Say | Xidmət | Qiymət | |
1 | 2/süit | 2 adamlıq | Nahar, ƏDV | 5.295 AZN | |
2 | Hyatt Regency | 2/VİP mərtəbəli | 2 adamlıq | Nahar, gün ərzində limitsiz çay və kofe, saat 6/8 biznes lanç, ƏDV | 1111,80 AZN |
3 | 1/ süit | 2 adamlıq | Nahar, masaj, ƏDV | 1068 AZN | |
4 | 1/ süit | 2 adamlıq | Gecələmə | 1000 AZN | |
5 | Holiday Inn | 1/ süit | 2 adamlıq | Nahar, ƏDV | 869 AZN |
6 | 1/ süit | 2 adamlıq | Nahar, wifi, avtopark, ƏDV | 802,64 AZN (depozit) | |
7 | Excelsior Hotel | 1/süit | 2 adamlıq | Nahar, ƏDV, Bələdiyyə vergisi, sağlamlıq mərkəzindən istifadə, 28 Moll və geriyə dönüş nəqliyyatı | 750 AZN |
8 | Park Inn by Radisson Azerbaijan Baku Hotel | 1/süit | 2 adamlıq | Nahar, ƏDV və s | 700 AZN |
9 | Sultan Inn Boutique Hotel | 1/ süit | 2 adamlıq | Nahar | 600 AZN |
10 | 1/süit | 2 adamlıq | Nahar, wifi, spa-fitnes.avtopark, ƏDV | 300 $ | |
11 | 1/ süit | 2 adamlıq | Nahar, ƏDV | 470 AZN | |
12 | Teatro Boutique Hotel | 1/ süit | 2 adamlıq | Nahar, ƏDV | 418 AZN |
13 | Intuirist Hotel Baku Autograph Collection | 1/standart | 2 adamlıq | Nahar, ƏDV | 366 AZN |
14 | Sheraton Baku Airport | 1/süit | 2 adamlıq | Nahar, ƏDV | 242 AZN |
15 | Qafqaz City Hotel | 1/süit | 2 adamlıq | Nahar, fitnes-spa, ƏDV | 140 $ |
Qeyd edək ki, paytaxtda fəaliyyət göstərən 30-dan çox məşhur otel ilə əlaqə saxladıq və həmin otellərin əksəriyyətindən bildirdilər ki, hazırki tarixdən may ayının 1-nə qədər bütün otaqlar rezerv edilib.
Ramilə Qardaşxanqızı
Bakucity.az