Poçt markası “FORMULA 1 AZERBAİJAN GRAND PRİX” adlanır.
Bakucity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən buraxılan marka 26-28 aprel tarixlərində Bakıda keçiriləcək “Formula” Azərbaycan Qran Prisinə həsr edilib.
Rəssamı Vüqar Eyyubov olan, bir markadan ibarət blok və 8 markadan ibarət suvenir vərəq şəklində buraxılmış marka Fransanın “Cartor Security Printing” nəşriyyatında çap olunub.
Blokun və suvenir vərəqin tirajı ayrı-ayrılıqda 10 min ədəd təşkil edir.
Bakucity.az