Səhiyyə naziri Oqtay Şirəliyev əmr izlayıb.
Bakucity.az xəbər verir ki, Nadir Mehdiyev Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş direktor təyin edilib.
Buna qədər o, xəstəxanada baş direktorun müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında Mirzəyev Ülvi Əhəd oğlu Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsinə təyin edilmişdi. Keçmiş baş direktor öz ərizəsi ilə işindən azad edilib. (Oxu.az)
Bakucity.az