Rənglənmə işləri axşam saatlarınadək davam edəcək.
Bakucity.az xəbər verir ki, Heydər Əliyev prospekti, Sabunçu yol qovşağından Hava limanı və Mərdəkan qəsəbəsi istiqamətində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq .
İşlər avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılır.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Bakucity.az