İçərişəhərdə təmir və bərpa işləri davam edir – FOTO

Bakucity.az xəbər verir ki, aprelin 24-də “İçərişəhər” Dövlət  Tarix-Memarlıq Qoruğu İdarəsi media turu təşkil edib. Media-tur zamanı Bakı Fotoqrafiya Evində, İçərişəhər Qoşa qala qapısı ətrafında orta əsrlərdə tikilən köhnə hamam və qala divarları ətrafında görülən işlərdən danışılıb.

Keçmişdən gələcəyə

Turun başlanğıc nöqtəsi bu il ilk dəfə fevralın 14-də qonaqlara qapılarını açan Bakı Fotoqrafiya Evi olub.

Hazırda qonaqlar iki fotoqrafın - Sanan Ələsgərovun və Bəhruz Hüseynzadənin ekspozisiyası ilə tanış ola bilərlər. S. Ələsgərovun sözlərinə görə, bu sərginin məqsədi qədim şəhərin görünüşünün illər ərzində necə dəyişdiyini nümayiş etdirməkdir. Rəssam qalanın müasir dövrə aid fotoşəkillər seriyasını təqdim edir.

Digər fotoqraf  B. Hüseynzadə isə XIX-XX əsrin əvvəllərində təsvirləri ilə tamaşaçıya qalanın keçmiş görünüşünü göstərir.

Beləliklə, Bakı qalasının transformasiyasını əks etdirən maraqlı bir zaman kontrastı yaranır.

Yeni muzey açıq havada yerləşir

Jurnalistlər XVII əsrə aid olan yeraltı hamamın konservasiyası ilə tanış olub. Burada işlər keçən ilin may ayında başlayıb. Qoruğun mətbuat xidmətindən verilən məlumata görə, mənfi hava şəraiti iş prosesini ləngitsə də, havaların isinməsi işləri sürətləndirəcək. 

Yeraltı hamamın konstruktiv cəhətlərinə görə ərazidə mövcud olan hamam komplekslərinə bənzər cəhətləri var. Hamam temperatur rejimini sabit saxlamaq üçün yer səthindən aşağıda inşa olunub. Onun birinci otağı çay və kofe içmək üçün nəzərdə tutulub. 

Qeyd edək ki, bərpa olunan hamamın unikal strukturu qorunur. Heç bir müasir əlavə yoxdur. Yalnız köhnə pilləkənlər və qübbələr yenilənib. Əvəz edilmiş bütün daşlar da qədim dövrə uyğundur. Binanın içərisində saxlanılan tarixi elementləri orijinal formada görməyə imkan verəcək konservasiya işləri aparılır. 

Təmir zamanı hamamdan tapılan ağac parçası bu memarlıq abidəsinin yaşını müəyyən etmək üçün Almaniyaya göndərilib.

Restavrasiya başa çatdıqdan sonar burada açıq hava muzeyi yaradılacaq və ziyarətçilər orta əsrlər aid abidənin gözəlliyini daha yaxından görəcəklər.

Divarların yeni həyatı

Jurnalistlər qala divarlarında aparılan təmir işləri ilə də tanış olub. “İçərişəhər” Dövlət  Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı, tanınmış televiziya və radio aparıcısı Rahib Azəri qeyd edib ki, burada abidənin orijinal və unikal xarakterini qorumaq üçün diqqətli iş görülür:

"Bütün bu işlərin əsas məqsədi tarixi abidələrin qədimiliyini qorumaqdır. İşçilər əllərindən gələni edirlər ki, bura müasir bina divarlarına bənzəməsin. Hətta burada quraşdırılan tikinti konstruksiyaları divarlara toxunmur, məsafə həmişə qorunur. Bildiyiniz kimi, daha əvvəl divarlarla təmasda olan restoranlar var idi, buna görə bu binaların sökülməsi qərara alındı. Hazırda bu abidə üçün təhlükə yoxdur".

Beləliklə, “İçərişəhər” Dövlət  Tarix-Memarlıq Qoruğunda iş tam sürətlə davam edir. Bu da o deməkdir ki, tezliklə paytaxtımızın unikal yerlərindən biri həm sakinlər, həm də qonaqlar üçün daha da maraqlı olacaq. Bizə isə “İçərişəhər”in yeni künclərini görmək imkanını səbirsizliklə gözləmək qalır.

Züleyxa İsmayılova

Bakucity.az

İçərişəhərdə təmir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bakı Beynəlxalq Avtovağzal Kompleksində İİV-lə bağlı tədbir keçirilib. Bakucity.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə insanın immun çatışmazlığı virusu (İİV) ilə bağlı maarifləndirmə və müayinə tədbiri keçirib. Bakı Beynəlxalq Avtovağzal Kompleksində QİÇS-lə Mübarizə Mərkəzinin səyyar Könüllü Müayinə və Məsləhət məntəqəsi təşkil olunub. Təşkil olunan səyyar məntəqədə həm sə...
Cəmiyyət
"Deyilənlər həqiqətə uyğun deyil". Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər yerli sakinlərin “Tarqovı”ya girişinə qadağa qoyulmasına dair yayılmış xəbərlərə münasibət bildirib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov məsələ ilə bağlı bunları deyib: "Bu barədə mətbuatda verilən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib. Belə məlumatlar təxribat xarakter...
Cəmiyyət
Birinci xanım vətəndaşlarla səmimi söhbət edib. Bakucity.az xəbər verir ki, mayın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta...
Biznes
Müştərilərin ən çox sifariş verdiyi yeməklər hansılardır? Gündəlik həyatında, xüsusilə də istirahət və özəl günlərdə fərqli mətbəxlərə üstünlük verən kifayət qədər insan var.  Paytaxtda gürcü mətbəxi ilə xidmət edən restoranlarda daha çox hansı yeməklər sifariş olunur? Gürcü yeməklərini yerli, yoxsa gürcü aşbazlar hazırlayır? Menyuların qiyməti sərfəlidirmi? Bakucity.az bu sualların cavab tapmaq üçün maraqlı araşdırma aparıb.  “Mziuri” restoranı Restoranda...
Hadisələr
Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakucity.az  xəbər verir ki, Yasamal rayonu, İnşaatçılar prospekti, 553-cü məhəllə, 2 D ünvanında sürücü Zaur Adil oğlu Kazımov “Opel Vectra” markalı “99 NS 267” dövlət qeydiyyat nişanlı avtomobillə şəxsiyyəti məlum olmayan 40-45 yaşlı qadını vurub. Piyada 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, aldığı xəsarətdən həmin xəstəxanada ölüb. Qeyd edək ki, hadisə sürcünün avtomobili park edərkən arxay...
Cəmiyyət
Bakı şəhəri, Babək prospektində yol yenidən çöküb.  Bakucity.az xəbər verir ki, yolun çökməsi nəticəsində bir avtomobil qəzaya uğrayıb. Məlumata görə, “Mercedes” markalı avtomobil həmin yerdən keçərkən qəzaya düşərək zədələnib. Qeyd edək ki, yol iki gün əvvəl çöküb. Yolun çökməsindən indiyədək həmin ərazidə bir neçə avtomobil ziyan görüb. (Report) Bakucity.az
Ekologiya
Sabaha paytaxtda hava necə olacaq? Bakucity.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatını təqdim edir: Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.  Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28, Bakıda gecə 16-18, gündüz  26-28 dərəcə isti təşkil edəcək. Atmosfer...
İdman
“Keşlə” futbol klubu daha bir futbolçu ilə müqaviləni uzadıb.  Bakucity.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Azər Salahlı ilə yeni sözləşmə 1+1 şərti ilə bağlanılıb.  Qeyd edək ki, Azər Salahlı 2018-ci ilin yayından "Keşlə"də çıxış edir. (Report) Bakucity.az
Cəmiyyət
Paytaxtda polis gücləndirilmiş iş rejimində çalışacaq. Bakucity.az xəbər verir ki, bu, UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədardır.  Mayın 29-da baş tutacaq oyunu izləmək üçün ölkəmizə çoxsaylı əcnəbi azarkeşlər ilə bərabər turist axını da gözlənilir. Bütün bunları nəzərə alan və həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparacaq hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən final oyunu ərəfəsində ictimai asa...