Sizi paytaxtda satılan ən bahalı mənzillə tanış edirik.
Bakıda ən bahalı və ən gözəl mənzillərə sahib olmaq istəyənlərin sayı az deyil. Daşınmaz əmlak saytlarında hədsiz bahalı mənzil elanlarına maraq da bunu sübut edir.
Bakucity.az hazırda Bakıdakı ən bahalı və dəbdəbəli mənzili müəyyənləşdirib.
Bina.az saytındakı məlumata görə, indilərdə Bakıdakı ən bahalı ev Səbail rayonu "Port Baku Residence" kompleksində yerləşən 8 otaqlı penthausdur. Böyük terraslı və Xəzər dənizi mənzərəli bu evin çıxarışı var. Yeraltı qarajdakı 3 maşınlıq dayanacaq da məbləğə daxildir.
Evin qiyməti 3 milyon 950 min manatdır
kateqoriya | Yeni tikili |
Mərtəbə | 16/33 |
Sahə | 1000 m² |
Otaqların sayı | 8 |
Çıxarış | Var |
Ramilə Qardaşxanqızı
Bakucity.az