İçərişəhərdə erməni memarın sökdürdüyü bürc necə bərpa edildi? - VİDEO - bakucity.az

İçərişəhərdə erməni memarın sökdürdüyü bürc necə bərpa edildi? - VİDEO

Hazırda İçərişəhərdə nə baş verir?

Bakucity.az xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində “İçərişəhərdə Qala divarları dağıdılır” başlıqlı materiallar tirajlanır. Sosial şəbəkələrdə insanlar Qala divarının dağıdılmasını və yerində hansısa iaşə obyektinin tikintisinin aparılmasını tənqid atəşinə tutub. 

Bəs əslində, bütün bu iddialar həqiqəti əks etdirirmi? Hazırda İçərişəhərdə nə baş verir?

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məsələyə dair rəsmi bəyanatında yayılan məlumatların dezinformasiya xarakteri daşıyıb, yalan olduğu birmənalı şəkildə bildirilir.

Məlumatda, tirajlanan fotoların 2011-2012-ci illərdə Qala divarlarının bərpası həyata keçirilən və həmin əsnada dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görülən dövrdə çəkildiyi qeyd olunur:

“Məsələnin kökündə isə, əslində, sovetlər dönəmində, 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur. Əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirib və düz divarın çəkilməsi ilə nəticələnib.

“İçərişəhər” DTMQİ fotoşəkillə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq, 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirib və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görülüb.

Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilib, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.

Öz növbəsində “İçərişəhər”in mətbuat xidmətinin rəhbəri Rahib Azəri Oxu.Az-a açıqlamasında ərazidə iaşə obyektlərinin inşasının Qala divarlarına zərər yetirməsi ilə bağlı yayılan məlumatların, sosial şəbəkələrdəki görüntülərin və irəli sürülən iddiaların həqiqəti əks etdirmədiyini bildirir:

“Qala divarlarını zədələyəcək heç bir tikinti işləri aparılmır. Divarlara heç bir ziyan dəyməsin deyə tikili sırf konstruksiyalardan ibarətdir. Konstruksiya isə Qala divarlarından aralıda quraşdırılıb. Hazırda yalnız yüngül materialdan ibarət dayaqlar qoyulub. Qala divarına bitişik hər hansı yenidənqurma işlərinin aparılması ilə bağlı məlumatlar tamamilə əsassızdır”.

Məkanın turistlərin diqqət mərkəzində saxladığı yerlərdən biri olduğunu xatırladan qurum sözçüsü onu da əlavə edib ki, görülən işlərin məqsədi İçərişəhərdə fəaliyyət göstərən restoranları yeniləməkdir. O, ərazinin müxtəlif dövrlərdə tədqiq olunduğunu deyib:

“Qala divarları perimetr boyu  araşdırılıb, arxeoloji qazıntılar aparılıb və yekun olaraq bu ərazidə heç nə aşkarlanmayıb. Əvvəlki dövrlərdə də İçərişəhərdə restoranlar mövcud olub. Əvvəlki restoranlar Qala divarlarına bitişik idi, lakin indiki tikililər qala divarından aralıda quraşdırılıb. Bizim məqsədimiz onları daha müasir şəkildə əhalinin və turistlərin xidmətinə verməkdir”.

“İçərişəhər” rəsmisi həmçinin guya tarixi bürclərdən birinin uçması, hazırda isə bərpa olunması ilə bağlı məlumatlara da münasibət bildirib və onların həqiqətə uyğun olmadığını qeyd edib:

“İçərişəhərdə tarixən 23 bürc olub və bu bürclərdən biri ötən əsrin 50-ci illərində Bakının baş memarı, əslən erməni Mamexonov tərəfindən ləğv edilib. Həmin o bürcün yeri dəqiqliklə tapılıb və 2012-ci ildə tam bərpa edilib. Hazırda heç bir yerdə bərpa işi aparılmır. Sosial şəbəkələrdə yayılan foto həmin bürcün bərpası zamanı - 2012-ci ildə çəkilib”. (Oxu.az)

Bakucity.az 

İçərişəhər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
58 baxış iyulda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

İdman
Avropa Yay Gənclər Olimpiya Festivalında millimizin bayraqdarı müəyyənləşib Bakucity.az xəbər verir ki, İyulun 21-27-də Bakıda keçiriləcək festivalın açılış mərasimində iştirakçı ölkələrin paradı zamanı ölkəmizin üçrəngli bayrağını Hüseyn Məmmədov daşıyacaq.  “Judo Club 2012”nin üzvü yarışda Azərbaycanın cüdo yığmasının heyətində +90 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.  Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın on növü -...
Cəmiyyət
Yol polisi paytaxtda profilaktik tədbirləri davam etdirir Bakucity.az xəbər verir ki, gecə saatlarında davam edən reyd zamanı Nərimanov rayonu ərazisində 99 HJ 999 dövlət nömrə nişanlı, "Mayback" markalı avtomobil saxlanılıb. Avtomobilin sürücüsü Ramil Abdullayev təhlükəsizlik kəmərindən istifadə etmədiyi, yol nişanının tələbini pozduğu üçün yol polisi tərəfindən saxlanılıb. Söhbət zamanı inspektor sürücüdən kəskin spirt iyi gəldiyini hiss edərək tibbi müa...
Hadisələr
Xəzər rayonunda kütləvi dava baş verib Bakucity.az xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində yerləşən istirahət mərkəzində qeydə alınıb. Belə ki, beş nəfər naməlum şəxs 1984-cü il təvəllüdlü İsmayılov Xalıq Vaqif oğlunu döyüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Yaralı özəl xəstəxanaların birinə yerləşdirilib. Hadisəni törədənlər Xəzər Rayon Polis İdarəsi tərəfindən axtarılır. (APA) Bakucity.az
Mədəniyyət
Ağ-qara fotolarda Xəzər sahilləri əks olunub Bakucity.az xəbər verir ki, ötən gün paytaxtda tanınmış fotoqraf Rüstəm Hüseynovun “Qum dalğaları” fotosərgisinin açılışı keçirilib.  Emin Qəhrəmanov Sənət Qalereyasında keçirilən sərgidə Rüstəm Hüseynovun yeni əsərləri nümayiş olunub.  Fotoqrafın çəkdiyi fotolarda isti yay günləridə Abşeron çimərliklərindən mənzərələr yer alıb.  Foto: Ceyhun Rəhimzadə Bakucity.az
Hadisələr
Bakıda mənzildən iki nəfərin meyiti tapılıb Bakucity.az  xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.  Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Məmmədova Esmira...
Hadisələr
Binəqədi rayonunda intihar hadisəsi olub Bakucity.az  xəbər verir ki, ötən gün gecə saatlarında Binəqədi rayonu, X.Hüseynov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Fərhad Eldar oğlu Quliyev evdə dərman içərək intihar edib. İlkin məlumatlara görə, onun intihar etməsinə səbəb nişanlısından ayrılması olub. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb. (oxu.az)...
Hadisələr
“İnstagram”da tanış olub paytaxtda oğurluqlar etdilər Bakucity.az xəbər verir ki, Maştağa qəsəbəsində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birində gecə saatlarında oğurluq hadisəsi baş verib. Sabunçu Mühafizə İdarəsinin hadisə yerinə yollanan əməkdaşları obyektin qapısının sındırıldığını görüblər. Bu vaxt həmin ərazidən “Moskviç 21 406” markalı avtomobilin uzaqlaşması polislərdə şübhə oyatdığından həmin nəqliyyat vasitəsini təqib edərək saxla...
Hadisələr
Paytaxtda qanunsuz fəaliyyət göstərən çörək sexi aşkarlanıb Bakucity.az xəbər verir ki, Qəmbərov Ələkbər Zaid oğluna məxsus sex Binəqədi rayonu, Yəhya Hüseynov küç, ev 98 ünvanında yerləşir. Qanunsuz fəaliyyət göstərən çörək sexində sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Müəyyən edilib ki, sexdə istifadə olunan xammalların mənşəyi məlum deyil, eləcə də temperatur rejimi gözlənilmədən saxlanılır, hazır məhsul...
Ekologiya
Paytaxtda iyulun 20-nə gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, g...